Главная > Siyasət > "Onların təxribatları heç bir nəticə verməyəcək..." - GƏLİŞMƏ
"Onların təxribatları heç bir nəticə verməyəcək..." - GƏLİŞMƏ22-08-2024, 16:00. Разместил: admin |
Ermənistanın keçmiş XİN rəhbəri Vardan Oskanyan xarici ölkə rəsmiləri ilə görüşüb. “Hraparak” nəşrinin məlumatına görə, V.Oskanyanın Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın, Avropanın müxtəlif siyasi xadimləri ilə görüşlərdən sonra bu dəfə İsveçrəyə səfər etdiyi bildirilir. Onun digər xarici ölkələrdə bir sıra “rəsmi” müzakirələr həyata keçirdiyi qeyd olunur. Məlumata görə, Oskanyan bu görüşlərə keçmiş qondarma rejimin yanvarda Ermənistanda yaradılmış “beynəlxalq komitəsinin koordinatoru” adı ilə qatılıb. Hazırda İrəvanda olan digər separatçıların müzakirələrin nəticəsini öyrənmək üçün Oskanyanla görüşü gözlədikləri deyilir. Nəşr yazır ki, separatçılar “Artsax xalqı”nın hüquqlarının qorunması və təmin edilməsi” mövzusunda müzakirə aparıblar. Həmçinin onların Qarabağa qayıdış imkanları dəyərləndirilib: “Oskanyanın keçirdiyi görüşlər nəticəsində ermənilərin Qarabağa qayıdışının mümkün olub-olmadığı dəqiqləşdiriləcək”. Separatçıların bu istiqamətdə cəhdlərinin uğurlu nəticə verəcəyi, yoxsa boşa çıxacağını öyrənməyə çalışdıqları bildirilir. Mövzu ilə bağlı “Sherg.az”a danışan politoloq Oqtay Qasımov deyib ki, Ermənistanda revanşist və faşist qüvvələrin əsas ideoloqlarından biri məhz Vardan Oskanyandır: “Qarabağı könüllü tərk etmiş əhalinin böyük əksəriyyəti qeyri-qarabağlılar, yəni birinci Qarabağ müharibəsindən əvvəlki illərdə orada doğulmamış və yaşamamış insanlar idi. Hansı ki onların əhəmiyyətli hissəsi Ermənistan ordusunun mənsubları və onların ailə üzvləri idi. Bundan əlavə Livan, Suriya və digər Yaxın Şərq ölkələrindən 90-cı illərdən sonra köçürülüb bizim torpaqlarımızda yerləşdirilən şəxslər idi”. O.Qasımovun sözlərinə görə, Vardan Oskanyan ermənilərin Qarabağa qayıdış təşəbbüsü ilə ötən ildən çıxış edir və bu istiqamətdə xüsusi fəallıq göstərir. Onun dəstəkçiləri isə beynəlxalq erməni diasporası və bölgədə marağı olan, Qarabağ erməniləri kartından Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışan dövlətlərdir: “İran, Fransa kimi dövlətlərin səfirlərinin, Toivo Klaarın Qarabağdan köçürülən erməni məsələsi ilə bağlı manipulyasiya cəhdləri də təsadüfi deyil. Xüsusən də bu məsələdən ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası öncəsi Azərbaycana qarşı istifadə cəhdlərinin artacağı gözlənilirdi. Eyni zamanda Bakıda saxlanılan hərbi cinayətkarlar məsələsindən də istifadə edərək COP 29 tədbirinin nüfuzuna kölgə salmağa çalışırlar. Dediyim kimi, buna cəhd edən qüvvələr də bölgədə Azərbaycanın yaratdığı yeni reallıqları qəbul etməyən dövlətlərdir. Lakin onların təxribatları heç bir nəticə verməyəcək. Qarabağ ermənilərinin geri qayıtması ilə bağlı Azərbaycanın mövqeyi birmənalıdır. Ölkə rəsmiləri dəfələrlə Qarabağ erməniləri ilə görüşüb, hətta antiterror əməliyyatlarından əvvəl də ölkə rəhbərliyi səviyyəsində onlara müraciət edilərək Azərbaycan cəmiyyətinə reinteqrasiya olunmaqla bağlı təkliflər verilib. Azərbaycan daxilində bütün hüquqlarının, xüsusən təhlükəsizlik və yerli özünü idarəetmə hüquqlarının təmin ediləcəyini bəyan edib. Lakin Qarabağda yaşayan ermənilərin arxasında dayanan qüvvələr, bölgəyə ezam olunmuş Ruben Vardaryan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü şübhə altına almağa çalışdılar. Nəticədə Qarabağdakı 15 minlik erməni ordusu tərkislah edildi və ailə üzvləri ilə birlikdə bölgədən çıxmaları tələb olundu. Mülki ermənilərdən isə Azərbaycan Konstitusiyasını qəbul edib, bizim qanunlarımız çərçivəsində yaşamağı qəbul etmək tələb olundu. Bildirildi ki, Azərbaycana qarşı törədilən hərbi cinayətlərdə iştirak etməmiş ermənilərin Qarabağda yaşamasında heç bir problem yoxdur. Qarabağda kim yaşayacaqsa, o, Azərbaycan qanunlarına tabe olub, bu qanunlar əsasında yaşayacaq. Necə ki, Azərbaycanda çoxsaylı xalqların nümayəndələri yaşayır. Əgər Qarabağda yaşayan ermənilər də qanunlarımıza tabe olub, Azərbaycan vətəndaşı kimi yaşayacaqlarsa, yaşayacaqlar. Azərbaycanın digər şərti isə o idi ki, qayıdış qarşılıqlı olmalı və Qərbi azərbaycanlıların da Ermənistandakı öz dədə-baba yurdlarına dönməsi təmin edilməlidir. Azərbaycan Qarabağ ermənilərinə ilkin qeydiyyatdan keçmək üçün reintegration.gov.az ünvanlı platforma yaradıb. Eyni prinsiplər Ermənistandan qovulan azərbaycanlılara da şamil edilməlidir. Qarabağdan köçən ermənilərin sayı qədər azərbaycanlı da qovulduqları torpaqlara geri qaytarılmalıdır”. Вернуться назад |