Главная > Siyasət / Gündəm > Prezident Azərbaycanla Çin arasında imzalanmış sənədi təsdiqləyib
Prezident Azərbaycanla Çin arasında imzalanmış sənədi təsdiqləyib15-08-2024, 14:52. Разместил: admin |
“Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında Çin-Avropa Dəmiryolu Ekspresi üçün Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutlarının inkişafı haqqında Anlaşma Memorandum” təsdiq edilib. Prezident İlham Əliyev bununla bağlı Fərmanı imzalayıb. Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə onun müddəalarının həyata keçirilməsini təmin etmək, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çin Xalq Respublikası Hökumətinə bildiriş göndərmək tapşırılıb. Вернуться назад |