Главная > Siyasət > Şeyx Rusiyaya gedir
Şeyx Rusiyaya gedir13-08-2024, 13:47. Разместил: admin |
Avqustun 14-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Rusiya Federasiyası Qaraçay-Çərkəz Respublikasının paytaxtı Çerkessk şəhərinə səfər edəcək. Bu barədə QMİ-nin Mətbuat xidmətindən “Qafqazinfo”ya məlumat verilib. Bildirilib ki, A. Paşazadə vəfat etmiş tanınmış din xadimi - Qafqaz Xalqları Ali Dini Şurasının sədr müavini, Şimali Qafqaz Müsəlmanları Əlaqələndirmə Mərkəzinin sədri, Qaraçay-Çərkəz Respublikasının Müftisi Hacı İsmayıl Berdiyevin yad olunması mərasimində iştirak edəcək, ailəsinə, yaxınlarına, Qaraçay-Çərkəz Respublikasının rəhbərliyinə və ictimaiyyətinə Azərbaycan Prezidentinin başsağlığını çatdıracaq. Səfər çərçivəsində, həmçinin Qafqaz Xalqları Ali Dini Şurasının növbədənkənar iclası keçiriləcək. Вернуться назад |