Главная > Siyasət > Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA - "Bu, İrana meydan oxumaqdır"

Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA - "Bu, İrana meydan oxumaqdır"


8-08-2024, 09:00. Разместил: admin
Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA - "Bu, İrana meydan oxumaqdır"


“Zəngəzur dəhlizi Azərbaycan üçün sülhə və tərəqqiyə gedən yoldur, İran üçünsə Cənubi Qafqazda onun maraqlarına meydan oxumaq deməkdir”.

Musavat.com xəbər verir ki, bu sözləri jurnalist Fuad Muxtar-Ağababalı “Eurasia Review” səhifəsində dərc edilmiş məqaləsində yazıb.

O, İranın ali dini rəhbəri Seyid Əli Xameneinin “Zəngəzur dəhlizi Ermənistanın maraqlarına cavab vermir” -, bəyanatını şərh edən zaman bu fikirləri bildirib.

“Azərbaycanla Ermənistan sülh sazişinə yaxınlaşdıqca, Zəngəzur dəhlizinin taleyi, çox güman, regionun gələcəyinin formalaşmasında həlledici rol oynayacaq. Son nəticədə bu məsələnin həlli cəlb edilmiş tərəflərin öz strateji maraqlarını daha geniş regional sabitlik naminə tarazlaşdırmaq bacarıqlarından asılı olacaq. Zəngəzur dəhlizi Azərbaycan üçün sülhə və tərəqqiyə gedən yoldur, İran üçünsə Cənubi Qafqazda onun maraqlarına meydan oxumaq deməkdir” , - deyə jurnalist məqaləsində qeyd edib.




Вернуться назад