Главная > Siyasət > Əliyev və Ərdoğan ona dəstək verir: İrəvan üçün pis ssenari - GƏLİŞMƏ
Əliyev və Ərdoğan ona dəstək verir: İrəvan üçün pis ssenari - GƏLİŞMƏ7-08-2024, 14:22. Разместил: admin |
2020-ci ildə Azərbaycana müharibəyə başlamağa imkan verənlərdən biri olan Donald Trampın yenidən prezident seçilməsi Ermənistan üçün ən pis ssenaridir. Axar.az xəbər verir ki, bu sözləri erməni politoloq Stepan Danielyan deyib. O bildirib ki, Əliyevlə Ərdoğanın Trampa dəstək ifadə etməsi təsadüfi deyil. Eyni zamanda Danielyan əlavə edib ki, İran və Azərbaycan arasında moderator funksiyasını üzərinə götürən Rusiyanın Cənubi Qafqazda rolu artır: “Bu region yenidən Moskvanın təsir zonasına çevrilir. Belə bir vəziyyətdə Ermənistan hakimiyyətinin Rusiya ilə yeni münasibətlər qurmağa, İranla münasibətləri dərinləşdirməyə çalışması vacibdir. Bu, Ermənistan üçün çox vacibdir”. Вернуться назад |