Главная > Siyasət > İrəvan üçtərəfli Bəyanatdan imtina edir? - Görünəni odur ki...
İrəvan üçtərəfli Bəyanatdan imtina edir? - Görünəni odur ki...6-08-2024, 14:22. Разместил: admin |
“Həm Rusiya, həm ABŞ Zəngəzur dəhlizinin açılmasında maraqlıdır”. Bu sözləri politoloq Elçin Xalidbəyli “Cebheinfo.az”-a açıqlamasında ABŞ və Rusiyanın Zəngəzur dəhlizinə fərqli baxış bucaqlarını şərh edərkən bildirib. O qeyd edib ki, Moskva və Vaşinqtonun geostrateji və geosiyasi maraqlarında kifayyət qədər ziddiyyətlər var: “Kreml üçtərəfli noyabr sazişini əsas götürərək Zəngəzur dəhlizinə yalnız rus hərbçilərinin nəzarət etmək hüququna malik olduğunu bəyan edir. ABŞ isə qətiyyən bu dəhlizin rus hərbçilərinin nəzarəti altında olmasını istəmir. Ona görə də Vaşinqton İrəvana üçtərəfli sazişdən imtina üçün təzyiq edir. Bu da Rusiyanın öz hərbçiləri vasitəsilə dəhlizə nəzarət etmək hüququnu qüvvədən sala bilər”. Ekspertin fikrincə, bu məsələdə əsas ziddiyyətli məqam məhz budur: “ABŞ, Avropa İttifaqı və NATO-nun Zəngəzur dəhlizi ilə bağlı ilkin strateji hədəfi Cənubi Qafqaz və Xəzər dənizi üzərindən Mərkəzi Asiyaya çıxış əldə etməkdir. Zəngəzur dəhlizinin önəmli iqtisadi-ticari marşrut olduğunu nəzərə alan Qərb güc mərkəzləri bu dəhlizi öz nəzarəti altına almaq məqsədi güdür, Rusiya və Çinin bu dəhlizə çıxış imkanlarını məhdudlaşdırmaq istəyirlər. Rusiyanın Zəngəzur dəhlizinə münasibətdə strateji hədəfinə gəlincə, Qərb tərəfindən ağır sanksiyalarla üzləşdiyi bir dövrdə Moskva bu dəhlizə Yaxın Şərqə və Şimali Afrikaya, xüsusilə dünya bazarına çıxış imkanı kimi baxır. Moskva bu dəhlizi məhz öz nəzarəti altında saxlamaq istəyir. Bütün bunları nəzərə aldıqda, həm Qərb güc mərkəzləri, həm də Rusiya Zəngəzur dəhlizinin fəaliyyət göstərməsində maraqlıdır. Amma hər iki tərəf bu dəhlizə rəqib tərəfin nəzarətini arzu etmir”. Вернуться назад |