Главная > Siyasət > Azərbaycan Ordusunun Quru Qoşunlarının taktiki-xüsusi təlimi davam edir

Azərbaycan Ordusunun Quru Qoşunlarının taktiki-xüsusi təlimi davam edir


5-08-2024, 12:44. Разместил: admin
Azərbaycan Ordusunun Quru Qoşunlarının taktiki-xüsusi təlimi davam edir


Quru Qoşunlarında keçirilən taktiki-xüsusi təlim davam edir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müasir döyüş üsullarından istifadə edilməklə keçirilən təlimdə aşkar olunan şərti düşmən hədəflərinin artilleriya və zenit-raket qurğularından, eləcə də zirehli döyüş texnikaları üzərinə quraşdırılmış silahlardan məhv edilməsi üzrə tapşırıqlar yüksək dəqiqliklə icra olunub:

"Bölmələrin qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, hərbi qulluqçuların döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə yüksək peşəkarlıq nümayiş etdirilib".


Вернуться назад