Главная > Siyasət > Türkiyə Ermənistan yaxınlaşması... BİZƏ SƏRF EDİRMİ? - ŞƏRH
Türkiyə Ermənistan yaxınlaşması... BİZƏ SƏRF EDİRMİ? - ŞƏRH31-07-2024, 16:00. Разместил: admin |
Türkiyə və Ermənistan diplomatik pasport sahibləri üçün qarşılıqlı viza prosedurlarını asanlaşdırmaq barədə razılığa gəlib. Bu Türkiyə-Ermənistan normallaşma prosesi üzrə xüsusi nümayəndələri Ruben Rubinyan və Serdar Kılıçın 5-ci görüşünün nəticələrinə dair bəyanatda yer alıb. Bundan başqa, tərəflər həmçinin, Akyaka/Axurik dəmir yolu sərhəd qapısının regional inkişaflara uyğun olaraq istifadəyə veriləcəyi təqdirdə tələb olunacaq texniki ehtiyacları qiymətləndirmək barədə razılıq əldə edib. Xatırladaq ki, xüsusi nümayəndələrin görüşü həm Ermənistan, həm dəı Türkiyə ərazisində keçirilib. Sözügedən məsələni “Sherg.az”a danışan türk siyasətçi və yazar Aydın Sezer vurğulayıb ki, Türkiyə ilə Ermənistan arasındakı xüsusi nümayəndələrin görüşləri yenidən start götürüb: “Müəyyən müddət tərəflərin görüşünə ara verilmişdi. Buna səbəb isə Ermənistanın Azərbaycan ilə birbaşa təmaslarının olmaması idi. İndi isə sözügedən görüşlə birlikdə bundan sonrakı prosesin sürətlənib yaxud sürətlənməyəcəyinə baxmaq lazımdır. Düzdür, iki ölkə arasında diplomatik pasport sahibləri üçün qarşılıqlı viza prosedurlarını asanlaşdırmaq barədə razılığa gəlinib. Amma sərhəd qapısının açılması ilə bağlı fikir kritikdir. Yəni sərhəd qapısının hansı tarixdə açılacağı bildirilmir. Burada Türkiyə tərəfinin qeyd etdiyi məsələlərdən biri də Ermənistanla Azərbaycan arasında görüşmələrin kursuna görə prosesin sürətlənə bilməsidir. Türkiyə ilə Ermənistanın barışması, sərhəd qapılarının açılması Azərbaycanın bölgədəki durumunun daha da güclənməsi nəticəsini verəcək. Çünki Ermənistan iqtisadiyyatı olduqca kritik günlər keçirir. Ermənistanın Türkiyə kimi böyük ölkənin iqtisadiyyatı ilə qarşılıqlı asılılığı inkişaf etdikcə İravanda Ankara və Bakı ilə əlaqələr mövzusunda siyasətçilərin fikirlərini dəyişdirən yanaşmalar görə bilərik. Bu isə bir günə olacaq məsələ deyil. Digər tərəfdən erməni diasporu Türkiyə və Ermənistan yaxınlaşmasını istəmir və şiddətlə qarşı çıxır. Fransa da bu məsələyə qarşı gələn ölkələrdən biridir. Azərbaycan cəmiyyətində Türkiyənin Ermənistanla sərhədləri açması fonunda narahatlıq olmamalıdır. Çünki nəticələr bölgəyə rifah və sülh gətirə bilər”. Вернуться назад |