Главная > Siyasət > Zakir Həsənovun müavinlərinin sayı azaldıldı
Zakir Həsənovun müavinlərinin sayı azaldıldı13-07-2024, 10:54. Разместил: admin |
![]() Müdafiə Nazirliyinin struktur bölməsinə dəyişiklik edilib. Oxu.Az xəbər verir ki, rəsmi olaraq müdafiə nazirinin müavinlərinin sayı azaldılıb. Belə ki, müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordunun Komandanı vəzifəsi siyahıdan çıxarılıb. Müdafiə naziri, müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi, müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı, müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı, müdafiə nazirinin müavini - Baş direktor vəzifələri isə yerində qalıb. Nazirlikdən faktı təsdiq ediblər. Вернуться назад |