Главная > Siyasət > Dövlət Departamentindən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü barədə AÇIQLAMA - YENİLƏNİB
Dövlət Departamentindən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü barədə AÇIQLAMA - YENİLƏNİB11-07-2024, 09:12. Разместил: admin |
"ABŞ dövlət katibi Antoni Blinken bu gün Vaşinqtonda keçirilən NATO sammiti çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşüb". Bu barədə ABŞ Dövlət Departamentinin yaydığı məlumatda deyilir. Bildirilir ki, görüşdə dövlət katibi dayanıqlı və layiqli sülh sazişi istiqamətində əldə olunmuş irəliləyiş barədə müzakirə aparıb və tərəfləri mümkün qədər tez bir zamanda razılaşdırmanı yekunlaşdırmaq üçün gələcək addımları atmağa həvəsləndirib. "Dövlət katibi bütün Cənubi Qafqaz regionunun fayda əldə edəcəyi regional bağlantının inkişafında sülhün əldə olunmasının vacibliyini qeyd edib", - deyə açıqlamada qeyd olunur. *** 10 iyul 2024-cü il tarixində ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında NATO-nun 75 illiyinə həsr olunmuş Zirvə görüşü çərçivəsində Vaşinqtonda görüş keçirilib. Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, tərəflər Azərbaycan və Ermənistanın sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında tarixi sazişin yekunlaşdırılması istiqamətində əldə olunmuş irəliləyişi qeyd edib və bu istiqamətdə işi davam etdirməyə razılaşıblar. Hər iki tərəf görüşə ev sahibliyinə görə dövlət katibinə minnətdarlıq bildiriblər. *** Blinkenlə Azərbaycan və Ermənistan XİN başçıları arasında üçtərəfli görüş başlayıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumatda bildirilib ki, Vaşinqtonda NATO75 Sammiti çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyanın Ermənistanla Azərbaycan arasında sülh və ölkələrarası münasibətlərin qurulması üzrə danışıqlar başlayıb. Qeyd olunub ki, görüş ABŞ-nin dövlət katibi Antoni Blinkenin təşəbbüsü ilə keçirilir. Вернуться назад |