Главная > Siyasət > Türkiyədə müalicə olunan Vahid Əhmədovdan xəbər var
Türkiyədə müalicə olunan Vahid Əhmədovdan xəbər var8-07-2020, 11:00. Разместил: admin |
“Vahid Əhmədovla dünən əlaqə saxlamışam. Özünü yaxşı hiss edir. Hazırda səhhəti normaldır”. Bunu Modern.az-a deputat Vahid Əhmədovun köməkçisi Arif Orucov deyib. Arif Orucov Vahid Əhmədovun dəqiq nə vaxt Azərbaycana qayıdacağını bilmədiyini də qeyd edib: “Bu barədə bir söz deyə bilmərəm. Güman ki, yaxın günlərdə ölkəyə qayıdacaq”. Qeyd edək ki, bir neçə gün öncə Milli Məclisin deputatı Vahid Əhmədovun səhhətində problem yaranıb. Deputat təcili olaraq özəl təyyarə ilə Türkiyəyə aparılıb. Millət vəkili 2 il əvvəl Türkiyədə ürəyindən əməliyyat olunub. Вернуться назад |