Главная > Siyasət > Bayden Adminstrasiyası niyə tələsik Bakı-İrəvan sülhünü istəyir? - AÇIQLAMA

Bayden Adminstrasiyası niyə tələsik Bakı-İrəvan sülhünü istəyir? - AÇIQLAMA


25-06-2024, 15:58. Разместил: admin
Bayden Adminstrasiyası niyə tələsik Bakı-İrəvan sülhünü istəyir? - AÇIQLAMA


“Artıq neçənci dəfədir ki, Birləşmiş Ştatların hər hansı yüksək vəzifəli məmuru ilə ünsiyyətdən dərhal sonra Ermənistan rəsmiləri hətta konkret vaxt göstərməklə Azərbaycanla sülhdən dəm vururlar. ABŞ dövlət katibinin müavini Riçard Verma ötən həftə İrəvanı tərk edər-etməz eyni vəziyyət yenə də təkrarlandı. Öncə onu deyim ki, Ermənistan rəsmlərinə belə açıqlamalar verdirtdirib sülh göyərçini kimi təqdim etməyə çalışanların məqsədi heç də bu regionda qarşıdurmaya son qoymaq deyil”.

Bunu deputat Sahib Alıyev parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Blinkenin cənab İlham Əliyevə növbəti telefon zəngindən də göründüyü kimi Bayden Adminstrasiyasına noyabrda keçiriləcək seçki öncəsi Azərbaycanla Ermənistan arasında tez-tələsik hər hansı bir çərçivə anlaşması lazımdır. “Amma elə bir anlaşma ki, düşmənçiliyi aradan qaldırmasın. Əgər Birləşmiş Ştatlar bu regionda davamlı və dayanıqlı sülhdə maraqlı olsaydı, onda Riçard Verma hayları Azərbaycan Prezidentinin ABŞ dövlət katibi ilə telefon danışığında da səsləndirdiyi beynəlxalq hüquqa və beynəlxalq təcrübəyə dayanan tələbini yerinə yetirib Konstitusiyalarını dəyişdirməyə çağırardı, onları silahlandırıb revanşizmə həvəsləndirən ölkələrin səfirləri ilə İrəvanda özünün də qeyd etdiyi kimi “isti və məhsuldar” görüş keçirməzdi”, – o qeyd edib.

Deputat daha sonra qeyd edib: “Belə bir təsəvvür formalaşdırmağa çalışırlar ki, qərbdəkilərin Ermənistana hərtərfli dəstəkləri guya Rusiyanı regiondan vurub çıxarmaq niyyətləri ilə bağlıdır. Açığı, mən fikirləşmirəm ki, onlar bunu indi real sayacaq qədər sadəlövhdürlər. Və əslində heç Ermənistanın Rusiyaya forpostluğu dayandırmasını da istəmirlər. İstəkləri odur ki, Kreml bu regionda ötən əsrin 90-cı illərində yeritdiyi siyasəti yeritsin. Yəni yenə də Pskov hava desantı diviziyası gəlib Ermənistandakıların yerinə, yaxud da onlarla birgə vuruşsun. 

Həmən diviziya 1992-ci ildə Sərsəng su anbarını ələ keçirib haylara təhvil verərkən qərbdəkilərdən hər hansı biri buna qarşı çıxdımı? Yox! Amma Rusiya hərbi kontingentinin bu il Qarabağı tərk etməsinə Dövlət Departamentinin təəssüf dolu yanaşmasını yaxşı xatırlayırıq, deyilmi?

Burada onu da diqqətinizə çatdırım ki, qərbdəkilər Paşinyanın Moskva əleyhinə çıxışlarının ekvilibristika olduğunu yaxşı bilir, Rusiyaya satışına qadağa qoyduqları malların ora Ermənistan üzərindən ötürülməsi isə elə onların da maraqlarına cavab verir. 

Ona görə də dövlətimizin ordu quruculuğuna torpaqlarımız işğal altında olduğu zamanlardakından da böyük diqqət ayırmasını düzgün sayır, Müzəffər Ali Baş Komandanımızın hər bir əmrini yüksək peşəkarlıq və şərəflə yerinə yetirəcəklərinə əmin olduğumuz Silahlı Qüvvələrimizi sahabkı bayramları ilə bağlı ürəkdən təbrik edirəm”.


Вернуться назад