Главная > Siyasət > Kamran Əliyevdən separatçılarla bağlı açıqlama

Kamran Əliyevdən separatçılarla bağlı açıqlama


24-06-2024, 14:01. Разместил: admin
Kamran Əliyevdən separatçılarla bağlı açıqlama


Azərbaycanın Qarabağ bölgəsinin və digər suveren ərazilərinin Ermənistanın hərbi təcavüzü nəticəsində işğalından sonra yaradılmış qondarma qurumun separatçı rəhbərlərinin barəsində olan cinayət işləri yaxın vaxtlarda məhkəməyə göndəriləcək.

APA xəbər verir ki, bu barədə Xankəndidə səfərdə olan Baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, artıq 15 nəfərlə bağlı aparılan ibtidai istintaq başa çatıb:

“Onların bütün hüquqları təmin olunub, ölkə daxili qanunlar və beynəlxalq konvensiyalarının tələblərin uyğun bütün hüquqları təmin olunub, vəkil və tərcüməçi ilə təmin olunublar. Hazırda təqsirləndirilən şəxslər, vəkillər və zərərərçəkmiş şəxslər cinayət işi materialları ilə tanış olurlar. Tanışolma mərhələsi başa çatandan sonra, ittiham aktı məhkəməyə göndəriləcək”.


Вернуться назад