Главная > Siyasət > Makron Paşinyanı Vardanyanla "ram etmək" istəyir - FAKT BUDUR!

Makron Paşinyanı Vardanyanla "ram etmək" istəyir - FAKT BUDUR!


24-06-2024, 09:17. Разместил: admin


Elçin Alıoğlu Trend


Ermənistanı tam və total şəkildə dəstəklədiyini bəyan edən Fransa prezidenti Emmanuel Makron erməniləri idarə etmək üçün yeni yollara əl atır.

Parisin Cənubi Qafqazda yürütdüyü və bundan sonra da daha aktiv şəkildə reallaşdırmağa çalışdığtı siyasət dünyanın digər bölgələrindəki strategiyasından qətiyyən fərqlənmir.

Fransa isteblişmenti Ermənistanı özünün yeni kvazimüstəmləkəsi hesab edərək ermənilər vasitəsilə Cənubi Qafqazdakı proseslərə təsir etməyə çalışır.

Ermənistanın baş naziri Nikol Paşinyanın son bəyanatları, onun rəsmi Bakı ilə danışıqlar prosesində mövqelərinin radikallaşması və erməniləri sürətlə silahlandıran Fransanın hakimiyyət dairələrinə inanması ermənilər üçün çox ciddi problemlər yaradacaq.

E.Makronun hamiliyinə şübhə etməyən, Ermənistanın yeni havadarının və strateji müttəfiqinin Fransa olduğuna əminliyini nümayiş etdirən Nikol Paşinyan hazırda faktiki olaraq Parisin Cənubi Qafqazdakı marionetinə çevrilib.

Paşinyan hələ də dərk edə bilmir ki, o, Fransanı hakimiyyət dairələri üçün sadəcə, vasitədir: istifadəsi lüzumsuz sayılanda, bir kənara atılacaq və fransızların indiyədək əsrlər boyu müxtəlif ölkələrdə tətbiq etdikləri taktikanın növbəti qurbanı olacaq.

Emmanuel Makronun üçün Paşinyan yox, Ermənistan maraqlı və önəmli olduğundan o, İrəvanda alınan təlimatları tam, bütünlüklə, sorğu-sualsız yerinə yetirəcək fiqurun baş nazir postunad olmasında maraqlıdır.

Bu səbəbdən də bəzən "müstəqil"lik fikrinə düşən N.Paşinyanı Parisin idarəetmə çərçivəsindən çıxmasına imkan verməmək üçün E.Makronun göstərişi ilə ona qarşı "kökə və qamçı" siyasəti tətbiq edilir.

"Kökə" qismində Ermənistana siyasi, geosiyasi, maliyyə, hərbi və s. yardımlarla dəstək formalaşdırılırsa, "qamçı" isə Ermənistan daxilindəki radikal müxalifətçilər, daşnaklar, revanşistlər və kilsənin gizli şəkildə dəstəklənməsi, həmçinin Ermənistan xaricində Paşinyanın özünə təhdid hesab etdiyi şəxslər və təşkilatlar vasitəsilə İrəvana təzyiqlərdir.

Bəhs olunan taktikaya dəlalət edən yeni məkan hazırda Bakıda istintaq təcridxanasında olan erməni milyarder və "siyasətçi" Ruben Vardanyanla bağlıdır.

Fransanın xüsusi xidmət strukturları Nikol Paşinyanın komandasına "qayət məxfi kəşfiyyat məlumatları" veriblər. Həmin "məlumat"lara görə, erməni kilsəsi, sabiq prezidentlər Robert Köçəryan və Serj Sarqsyanın başçılıq etdikləri "qarabağlılar klanı", ABŞ-Rusiya-Fransa triosundakı erməni icmasının nüfuzlu diaspor təşkilatları və Ermənistanda kənardan idarə olunan müxalifət qruplaşmalarının koalisiyasının əsas maliyyə mənbələrindən biri də Ruben Vardanyanmış. Paşinyana Parisdən ötürülən məlumatlarda vurğulanır ki, erməni kilsəsinin Tavuş yeparxiyasının arxiyepiskopu Baqratın, yəni Vazgen Qalstyanın "lider" olduğu etiraz aksiyalarına Vardanyanın adamları maliyyə dəstəyi göstərməklə yanaşı, keşiş Baqratın aksiyalarının idarə olunmasında və koordinasiyasında da aktiv iştirak edirlər.

"Məlumat" paradoks təsiri bağışlayır: Bakıda istintaq təcridxanasında olan "Rubik" Vardanyanın Ermənistandakı etiraz aksiyalarını necə koordinasiya etməsi çox ciddi suallar doğurur.

Fransanın xüsusi xidmət orqanlarının Vardanyanla bağlı iddiaları bəsit qərar və ya sadə gediş deyil. Emmanuel Makron indi Nikol Paşinyanı "Rusiyadan idarə olunan və bir sıra mənbələrdən maliyyələşən" aksiyaların sonucunun onun devrilərək hakimiyyətdən kənarlaşdırıla biləcəyi ssenarisi ilə qorxutmaq niyyətindədir. Hadisələrin belə inkişaf məcrasından təlaşa düşən N.Paşinyan - Parisdəki isteblişmentin fikrincə - qorxmalı, dəstək və dayaq qismində ancaq Fransanı görməli, "etiraz aksiyalarının maksimal radikallaşması" ssenarisindən qorunmaq üçün Sena çayının sahillərindən alınan bütün təlimatlara sözsüz, tam əməl etməlidir.

O cümlədən Rusiya ilə əlaqələri minimuma endirməli, Qərbə meylli siyasəti aktivləşdirməli, Fransanı "yegganə hami və havadar" qismində qəbul etməlidir.

Emmanuel Makronun məqsədi aydındır: Ermənistandakı mövcud hakimiyyəti tam nəzarət altına alandan sonra o, baş verənləri xarici siyasətdə yeni qələbə və "Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılmasında çox önəmli addım" kimi təqdim edəcək, seçicilərinə və xüsusilə də Fransadakı erməni icmasına "Ermənistanla bağlı ciddi irəliləyişlər"dən bəhs etdirəcək.

Fransada keçiriləcək parlament seçkiləri ərəfəsində E.Makronun liderlik etdiyi partiyanın reytinqinin çox aşağı olmasını və sağçı-millətçi Mari Le Penin partiyasının çox ciddi üstünlüklə populyarlıq əldə etməsini nəzərə alsaq, Parisin İrəvanla bağlı yürütdüyü siyasət sadəcə, Ermənistanın Fransanın daxili siyasətinə qurban verilməsidir.

Nikol Paşinyan Parisdən ötürülmüş məlumatları ciddi qəbul edib. Onun göstərişi ilə hazırda Ermənistanın təhlükəsizlik qurumları R.Vardanyanla sıx əlaqələri olmuq siyasətçiləri, sabiq məmurları və ictimai xadimləri, xüsusilə də hazırda Vardanyanın Ermənistanda və xaricdəki strukturları və fondları ilə əməkdaşlıq edən qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyətini araşdırmağa başlayıblar.

Əlahiddə diqqət qarabağlı ermənilərin sabiq separatçı rejiminin mənsublarına yönəldilib.

Göründüyü kimi, Emmanuel Makronla Nikol Paşinyanın münasibətləri artıq tam tragikomediya həddinə çatıb və bu, Fransa-Ermənistan əlaqələrini səciyyələndirən önəmli məqamdır.

Ruben Vardanyana gəldikdə, 2022-ci ilin sentyabrında Rusiya vətəndaşlığından imtina edən, 1 milyard dollarlıq sərvət sahibi olan bu şəxs Xankəndindəki sabiq separatçı rejimin rəhbəri olmaq istəyirdi. O, Azərbaycanı sürəkli olaraq terror aktları, diversiyalarla, yeni hərbi əməliyyatlarla təhdid edirdi.

Xatırladaq ki, Ruben Vardanyan Moskva Dövlət Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunda təhsil alıb və 1990-cı illərdə öz iş fəaliyyətinə başlayıb. O, "Troika Dialog" adlı investisiya bankının qurucusu və rəhbəri kimi tanınır. 2012-ci ildə, "Troika Dialog" "Sberbank" tərəfindən satın alındı.

2019-cu ildə, "Troika Laundromat" adlandırılan böyük miqyaslı maliyyə fırıldaqçılığı qalmaqalı ortaya çıxdı. Fırıldaqlar və çirkli pulların yuyulması R.Vardanyanın rəhbərlik etdiyi "Troika Dialog" bankı vasitəsilə həyata keçirildi. Bank vasitəsilə milyardlarla dollar qeyri-qanuni yollarla Avropaya və digər regionlara köçürülüb. Bu pul yuma əməliyyatları zamanı müxtəlif şirkətlər və şəxslər vasitəsilə kompleks maliyyə sxemləri qurulub.

"Troika Laundromat" vasitəsilə ümumilikdə 4,6 milyard dollar yuyulub. Pul yuma əməliyyatlarında 75-dən çox offşor şirkət iştirak edib.Əsasən Avropa ölkələrinə pul köçürmələri həyata keçirilib. Vardanyanın digər qanunsuz əməli isə vergidən yayınma ilə bağlıdır. O, müxtəlif şirkətlər vasitəsilə gəlirlərini gizlədərək, dövlətə ödəməli olduğu vergiləri azaldıb. Bu əməliyyatlar da əsasən offşor hesablar və gizli maliyyə əməliyyatları vasitəsilə həyata keçirilib.

Vergidən yayınma əməliyyatlarında əsasən Bermud və Britaniya Vircin adalarında yerləşən offşor hesablar istifadə olunub. Vardanyan, müxtəlif vasitəçilər və şirkətlər vasitəsilə gəlirlərini gizlədərək, vergidən yayınma əməliyyatlarını həyata keçirib. Vardanyanın maliyyə fırıldaqları və qanunsuz əməlləri ilə bağlı müxtəlif hüquqi təqiblər həyata keçirilsə də, onun yüksək nüfuzlu hamilərinin “yardım”ları ilə bu işlərin bir çoxu hələ də məhkəmə mərhələsində qalıb və tam həllini tapmayıb.

ABŞ Maliyyə Nazirliyi R.Vardanyanın maliyyə əməliyyatlarını araşdırmaq üçün xüsusi komissiya yaradıb. Avropa İttifaqı da onun maliyyə əməliyyatlarını təqib etmək üçün müxtəlif tədbirlər həyata keçirir.

Ruben Vardanyanın maliyyə fırıldaqlarının bir hissəsi onun gizli əmlak sərvətinə bağlıdır. Onun adı altında qeydiyyatdan keçməyən, lakin faktiki olaraq idarə etdiyi çoxlu sayda daşınmaz əmlak var. Bu əmlaklar, müxtəlif vasitəçilər və fiktiv şirkətlər vasitəsilə əldə edilib və gizlədilib.

Vardanyanın adının çıxmadığı, lakin faktiki olaraq ona məxsus olduğu iddia edilən əmlaklar arasında Londonda, Parisdə və Nyu-Yorkda yerləşən lüks mənzillər və villalar var.

Bu əmlaklar, əsasən Karib dənizi ölkələrində və Avropanın müxtəlif yerlərində qeydiyyatdan keçmiş fiktiv şirkətlər vasitəsilə idarə olunur.

R.Vardanyanın xarici bank hesabları vasitəsilə həyata keçirdiyi maliyyə əməliyyatları da onun maliyyə fırıldaqlarının bir hissəsidir. Bu hesablarda böyük məbləğlərdə pul saxlanılır və müxtəlif ölkələrə pul köçürmələri həyata keçirilir.

Onun İsveçrə banklarında çox sayda gizli hesabları olduğu məlum olub. Bu hesablar vasitəsilə böyük məbləğlərdə pul saxlanılır və idarə olunur.

Karib dənizi ölkələrində və digər offşor zonalarda yerləşən banklarda da Vardanyanın hesabları mövcuddur. Bu hesablar vasitəsilə pul yuma əməliyyatları həyata keçirilir.

Ruben Vardanyanın sosial və “xeyriyyəçilik” fəaliyyəti də onun maliyyə fırıldaqlarını gizlətmək və nüfuzunu qorumaq üçün istifadə etdiyi vasitələrdən biridir. O, müxtəlif xeyriyyə fondu və layihələrə böyük məbləğlərdə pul yatıraraq, öz imicini müsbət istiqamətdə formalaşdırmağa çalışıb.

R.Vardanyanın yaxın iş ortaqları və əməkdaşları, onun maliyyə əməliyyatları ilə bağlı məlumatları sızdıraraq, bu əməliyyatların necə həyata keçirildiyini açıqlayıb.

Bu şəxslər, R.Vardanyanın kompleks maliyyə sxemləri və pul yuma əməliyyatları ilə bağlı detallı məlumatlar təqdim edib.

R.Vardanyanın maliyyə fırıldaqları ilə bağlı ortaya çıxan yeni faktlar, onun beynəlxalq maliyyə təşkilatları ilə də əlaqəli olduğunu göstərir. Bu təşkilatlar vasitəsilə o, müxtəlif ölkələrə pul köçürmələri həyata keçirib və maliyyə əməliyyatlarını gizlədib.

R.Vardanyanın maliyyə əməliyyatlarında istifadə etdiyi beynəlxalq banklar arasında İsveçrə, Lüksemburq və Singapur bankları da yer alır. Bu banklar vasitəsilə böyük məbləğlərdə pul köçürmələri həyata keçirilib və əməliyyatlar gizlədilib. Ruben Vardanyanın maliyyə fırıldaqlarının böyük hissəsi onun siyasi əlaqələri və himayədarları vasitəsilə dəstəklənib. O, müxtəlif siyasi liderlər və dövlət məmurları ilə yaxın əlaqələr saxlayaraq, qanunsuz əməliyyatlarını həyata keçirmək üçün onların dəstəyini əldə edib.


Вернуться назад