Главная > Siyasət > Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...16-05-2024, 14:22. Разместил: admin |
Sülhməramlıların Qarabağ bölgəsini tərk etməsi münasibətilə Xocalıda təntənəli tədbir keçirilib. Tədbirdə hər iki ölkənin yüksək rütbəli hərbçiləri iştirak ediblər.Ölkə ictimaiyyəti də bu hadisəni 44 günlük Vətən müharibəsindən və bir günlük antiterror tədbirlərindən sonra Azərbaycanın növbəti uğuru kimi dəyərləndirib. Rusiya Qarabağı tamamilə və dönməz şəkildə tərk edir və bu, əlamətdar hadisədir. Eyni zamanda vaxtilə “Ruslar Qarabağı tərk etməyəcəklər” deyənlərə cavabdır. Qeyd edək ki, 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanata əsasən, Rusiya Federasiyasının sülhməramlıları Azərbaycanın Qarabağ iqtisadi bölgəsində müvəqqəti olaraq yerləşdirilsə də, onların uzun müddət ərzində ölkəmizdə qala biləcəyi təhlükəsi var idi.Lakin bu ehtimal ötən ilin sentyabr ayında Qarabağı tam nəzarətə götürməmizlə ortadan qalxdı və rusiyalı hərbçilərin ərazimizdə fəaliyyətlərini davam etdirmələri üçün heç bir əsas qalmadı. Buna baxmayaraq, bəziləri məsələyə yenə şübhəylə yanaşır, “Rusiya daxil olduğu yerdən çıxmır” kimi fikirlər səsləndirirdilər.Onlar öz ölkəsini aşağılayaraq belə prosesin baş verməsinin mümkünsüzlüyünü vurğulayırdılar. Lakin hər zaman olduğu kimi uzun illərdir xaricdə yaşayan və oradan Azərbaycanın milli maraqlarına zidd çıxışlar edən radikalların “proqnozları” yenə də özünü doğrultmadı. Əslində burada təəccüblü heç nə yoxdur. Azərbaycanın yaxın tarixində Rusiya hərbi bazalarından qurtulmasının iki müsbət nümunəsi var. 1990-cı illərin əvvəllərində Rusiya hərbi bazaları Azərbaycan ərazisindən çıxarılıb, 2012-ci ildə isə Rusiyanın Qəbələdəki RLS-i fəaliyyətini dayandırıb. Bu iki nümunədən çıxış edərək Rusiyanın Qarabağdakı azsaylı hərbi kontingentinin də ərazimizi tərk edəcəyinə əmin olan siyasilər də az deyildi. Sülhməramlıların çıxmasının iki ölkə rəhbərinin qərarına əsasən həyata keçirildiyini xatırladan millət vəkili Azər Badamov “Sherg.az”a açıqlamasında deyib ki, burada heç bir hərbi komponent yoxdur: “Əvvəla onu deyim ki, sülhməramlıların qarşılıqlı anlaşma şəraitində Qarabağı tərk etməsi çox əlamətdar hadisədir. Məsələnin uğurlu və operativ şəkildə həlli ilk növbədə Azərbaycan diplomatiyasının uğuru və ən başlıcası isə Prezident İlham Əliyevin uzaqgörən siyasətinin, diplomatiyanı düzgün istiqamətdə qurmasının məntiqi nəticəsidir. 2023-cü ilin 19-20 sentyabrında keçirilmiş antiterror əməliyyatından sonra sülhməramlıların Qarabağda görəcəyi bir iş yox idi. Ona görə də dövlət başçıları Rusiya sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı qərar qəbul etdilər. Azərbaycan öz ərazilərində suverənliyini və təhlükəsizliyini bərpa etdiyi üçün hər hansı bir beynəlxalq təşkilatın və ya da sülhməramlıların o ərazilərdə görə biləcəyi bir fəaliyyəti yoxdur. Onu da deyim ki, Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə qərarın hər iki ölkənin ali rəhbərliyi tərəfindən qəbul edilməsi həqiqətən də tarixi hadisədir. Bu proses tərəflər arasında heç bir siyasi anlaşılmazlıq yaşanmadan, tam qarşılıqlı anlayış şəraitində həyata keçirilir. Bu mənada Rusiya sülhməramlılarının ölkəmizdən dinc şəkildə çıxarılmasını ciddi siyasi uğur hesab etmək olar. Qarabağ mövzusu artıq bağlandığı üçün rusiyalı hərbçilərin Azərbaycan ərazisində fəaliyyətlərini davam etdirməsi üçün heç bir əsas yox idi. Fikrimcə münasibətlərdən hərbi komponentin çıxarılması əməkdaşlıq üçün daha geniş imkanlar açacaq”. Вернуться назад |