Главная > Siyasət > Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...

Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...


15-05-2024, 10:57. Разместил: admin
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...


Mayın 15-i Tavuşun demarkasiya prosesini başa çatdırılmasının son tarixdir. Razılaşmaya əsasən, Ermənistan-Azərbaycan tərəfləri mayın 15-dək protokol imzalamalıdırlar.

Bu məsələ Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair sənəddə əksini tapıb.

Lakin Ermənistanda bəzi qüvvələrə sərhədlərin demarkasiya prosesinin əleyhinə çıxaraq  etiraz aksiyalarına başlayıb və bu proses mayın 9-dan etibarən daha kütləvi xarakter alıb. Etiraz dalğasının güclənməsi fonunda İrəvan sərhəddə demarkasiya prosesini müvəqqəti də olsa dayandırıb. 

Sərhəd dirəkləri yalnız Xeyrimli kəndi ərazisinin müəyyən hissəsində yerləşdirilib. Xeyrimlidə daha 3 sərhəd dirəyinin qoyulması nəzərdə tutulur. Komissiyanın fəaliyyət planına və razılaşmaya görə, bu ərazidə sərhədlərin demarkasiyası prosesi bu gün bitməli idi. Buna uyğun olaraq da İrəvanla Bakı arasında qeyd edilən ərazidə sərhədlərin demarkasiyasının başa çatması barədə müvafiq sənəd imzalanması nəzərdə tutulurdu. Amma İrəvan yenə də hər zaman olduğu kimi, bu dəfə də üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədi. Ermənistan hələ də anlamaq istəmir ki, sərhədlərin demarkasiyası tərəflər arasında etimad mühitinin yaranmasına və sülhün daha da tezləşməsinə təkan verən amildir.  İrəvanın sülhdən yayınması Ermənistana uğur vəd etmir, əksinə, böhran, özünütəcrid və itki... Azərbaycan onsuz da  istəyinə nail olub və bundan sonra da olacaq. 


Вернуться назад