Главная > Siyasət > Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK

Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK


14-05-2024, 10:49. Разместил: admin
Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK


Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası dəyişib.

Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb.

Dəyişikliklə sənədə yeni bənd əlavə olunub. Yeni bəndə əsasən, bu Qaydanın 1.5-ci bəndində göstərilən əsas şərtlər mövcud olmadıqda, habelə şəxs bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda zəruri diaqnostik müayinələrdən keçməkdən imtina etdikdə Komissiya göndəriş verməkdən imtina edir.


Вернуться назад