Главная > Siyasət > CHP lideri Azərbaycana gəlir: Səhvimiz varsa...
CHP lideri Azərbaycana gəlir: Səhvimiz varsa...9-05-2024, 09:18. Разместил: admin |
Türkiyənin ana müxalifət partiyasının Azərbaycanla münasibətləri pis ola bilməz. Bunu Habertürk TV-yə müsahibəsində Türkiyənin ən böyük müxalifət partiyası CHP lideri Özgür Özəl deyib. "Əgər səhvimiz varsa, onu düzəltmək lazımdır", - o bildirib. Özəl yaxın günlərdə Azərbaycana səfər edəcəyini də açıqlayıb. Xatırladaq ki, CHP-nin ozamankı lideri Kılıçdaroğlu “tarixi İpək Yolunun dirçəldilməsi” adlandırdığı “Türk Yolu Layihəsi”nin təqdimatını edərkən Azərbaycanı buraya daxil etməyib. Özəl buna görə üzr istəyib. O qeyd edib ki, “CHP Azərbaycan qarşısında günahını yumaq üçün əlindən gələni edəcək”. Вернуться назад |