Главная > Siyasət > ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib6-05-2024, 13:20. Разместил: admin |
ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi Şuşaya səfər edib. Bu barədə səfirliyin "X" hesabında paylaşım edilib. Bildirilib ki, səfir Mark Libbi və Danusia Libbi bu gün Füzuli və Şuşaya səfər ediblər: "Səfir hökumət nümayəndələri ilə, səfirliyin dəstəklədiyi İngilis dili proqramında iştirak etmiş yerli təhsil işçiləri ilə görüşəcək, həmçinin Şuşa qalasını, Xurşidbanu Natəvanın evini, Xan qızı bulağını, Vaqif məqbərəsini və Cıdır düzünü ziyarət edəcək". Вернуться назад |