Главная > Siyasət > Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var2-05-2024, 09:20. Разместил: admin |
Azərbaycanla sərhəd delimitasiya olunmadığı üçün müəyyən münaqişə riski var. Bu riski minimuma endirmək üçün biz münaqişə potensialının ən yüksək olduğu yerlərdən [delimitasiyaya] başlayırıq ki, vəziyyət nəzarətdə qalsın. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan erməni jurnalist Petros Kazaryana müsahibəsində deyib. "Bu, uzun bir prosesdir. Biz Almatı bəyannaməsi əsasında sərhədlərin yenidən qurulması paketini formalaşdırırıq. Proses haradasa başlamalıdır, sonra biz “yerdə” əldə etdiyimiz təcrübəni hansısa formatda parlamentin təsdiqinə təqdim edəcəyik, sonra isə bu mandata uyğun olaraq bütün prosesi davam etdirəcəyik", - o deyib. Paşinyan bildirib ki, delimitasiya prosesi zamanı Ermənistan hökuməti qarşısına təkcə ayrı-ayrı bölmələr üzrə deyil, həm də Azərbaycan ilə arasında bütün sərhədin bərpası üçün hüquqi əsas yaradan prinsipin qəbul edilməsi vəzifəsini qoyub. "Növbəti illərdə dövlətimiz həlledici əhəmiyyət kəsb edəcək qərarlar qəbul etməli olacaq. Bu müddət ərzində dövlətçiliyimizi, suverenliyimizi və müstəqilliyimizi qoruyub saxlaya bilsək, o zaman növbəti onilliklərdə Ermənistan Respublikasının müstəqil dövlət kimi mövcudluğunu davam etdirə biləcəyik. Bu, gözünüzün qarşısında baş verir", - hökumət başçısı vurğulayıb. Вернуться назад |