Главная > Siyasət > İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...24-04-2024, 14:22. Разместил: admin |
Ermənistanın Baş naziri Nikol Paşinyanın Tavuş bölgəsində icma rəhbərləri ilə 5 saat davam edən qapalı görüşünün detalları yayılıb. Publika.az xəbər verir ki, “Hraparak” nəşri görüşdə iştirak edənlərə istinadən yeni ərazilərin də Azərbaycana təhvil verilə biləcəyini yazıb. “Paşinyan kəndləri qaytarmayacaqları təqdirdə müharibənin olacağını bildirib. Görüşdə kənd rəhbərləri Paşinyandan soruşublar ki, 4 kəndin verilməsindən sonra müharibə təhlükəsi aradan qalxacaqmı? Baş nazir isə belə zəmanətin olmadığını deyib. Qeyd edib ki, hadisələr bütün ssenarilər üzrə inkişaf edə bilər, Ermənistan maksimum müharibədən qaçmalıdır. İcma rəhbərləri təklif edib ki, delimitasiya proporsional qaydada aparılsın, Azərbaycan da Ermənistan ərazilərini (?) qaytarsın. Paşinyan cavab verib ki, hazırda bu məqbul variant deyil, Azərbaycan bunu qəbul etməyəcək”, - nəşr yazır. Noyemberyan merinin müavini nəşrə bildirib ki, “görüşdən sonra bizim üçün təhlükənin olduğunu anladıq, biz bunu birtərəfli güzəşt hesab edirik, ona görə prosesdə iştirak etməyəcəyik”. Nəşr qeyd edir ki, görüşdə iştirak edən icma rəhbərləri Azərbaycana yeni ərazilərin də təhvil veriləcəyini düşünürlər. Вернуться назад |