Главная > Siyasət > Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO24-04-2024, 16:00. Разместил: admin |
Yuxarı Qarabağ ərazisindən Həkəri körpüsündəki “Laçın” sərhəd-keçid məntəqəsindən keçməklə Ermənistana gələn Rusiya “sülhməramlı”ları dünən yenidən geri - Qarabağa qayıdıblar. Moderator.az xəbər verir ki, bu haqda “Azadlıq” radiosunun erməni (“Azatutyun”) və Azərbaycan büroları məlumat yayıb.Xəbərdə iddia edilir ki, bu fakt Sünikdəki(Zəngəzur) “Azatutyun” müxbirinin kamerası tərəfindən lentə alınıb. Aprelin 22-də isə “Azatutyan ” ın Zəngəzur müxbiri Ermənistan hərbi polisinin müşayiəti ilə Laçın ərazisindən keçərək Gorusa doğru irəliləyən Rusiya “sülhməramlı”larının maşın karvanını lentə alıb. Bunun ardınca Ermənistan Təhlükəsizlik Şurasının katibi Armenpress agentliyinə bu hadisəni şərh etmişdi. O demişdi ki, “sülhməramlı”lar “bölgədən çıxışlarına hazırlıq üçün” müvəqqəti olaraq Gorus və Sisyan rayonlarında yerləşdirilib. Gəlib qayıtmanın səbəbi… “Azatutyun” yazır ki, Ermənistan Milli Assambleyası Xarici Əlaqələr Komitəsinin başçısı Sarkis Xandanyan “sülhməramlı”ların daimi olaraq Ermənistanda qalacaqlarına dair şayiələri təkzib edib və belə bir razılaşmanın olmadığını bildirib: "Sülhməramlıların bir neçə qrupu gəlib və onlar daimi dislokasiya yerlərindəki işin tamamlanmasının təşkili ilə məşğuldurlar”. “Azatutyun” izah edir ki, “sülhməramlı”ların Gorus və Sisyanda müvəqqəti dislokasiya yerləri olub. Xəbərdə izah edilir ki, bu, keçmiş “Laçın dəhlizində” ikitərəfli hərəkətin təşkili üçün edilmişdi. Ermənistan Təhlükəsizlik Şurasının katibi deyib ki, “Qarabağdan çıxan sülhməramlı qoşunlar Ermənistanda da qala bilməzlər”. “Azatutyun” yazır ki, Rusiya sülhməramlılarının Qarabağdan Ermənistana gəlib qayıtmalarının səbəbi aydın olsa da, Tavuş və Sünikdəki Rusiya hərbi bazalarının gələcək taleyi naməlum qalır. “Azatutyun” yazır ki, bu bazalar 2020-ci il müharibəsindən sonra yerləşdirilib. Ötən şənbə günü Ermənistanın baş naziri Nikol Paşinyan Lori mərzində keçirdiyi brifinqdə demişdi ki, Azərbaycanla sərhədin delimitasiya və demarkasiyasından sonra Tavuşdakı Rusiya hərbçilərinə ehtiyac qalmır. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bu bəyanata münasibət bildirərkən demişdi ki, Yerevan Ermənistanda yerləşdirilmiş 102-ci Rusiya hərbi bazasının ölkədən çıxaracağına dair heç bir bildiriş verməyib. Halbuki Paşinyan Gümrüdəki 102 saylı bazadan yox, Tavuşdakı Rusiya əsgərlərindən danışmışdı. “Azatutyun” bu məsələyə də aydınlıq gətirib. Xəbər verilir ki, Tavuşdakı Rusiya hərbi bazaları 102 nömrəli bazanın əsasında yaradılıb və bazanın əsgərləri Tavuşda 17 iyun 2022-ci il tarixli hökumət qərarı ilə yerləşdirib. Buna görə “Rusiya hərbi bazasının Ermənistandakı dislokasiya yerləri” adlı Ermənistan-Rusiya protokoluna müvafiq dəyişikliklər edilibmiş. Ermənistan politoloqlarından Areq Koçinyan Azatutyuna deyib ki, Rusiya bazalarına nəinki Tavuşda, heç Sünikdə də ehtiyac qalmayıb: "Düşünürəm ki, onlar Ermənistanda risklər də nəzərə alınmaqla siyasi konyunkturla çoxdan bəridir artıq bir şeyə çevrilib. Bu risklər barədə çox danışılıb, amma düşünmürəm ki, onlar hər hansı əlavə faydalılıq əmsalı və ya nəticəsi nümayiş etdiriblər. Müəyyən bir mərhələ onların oradan çıxarılması məsələsi qalxmalıydı”. “Azatutyun” yazır ki, baş nazir Paşinyanın Tavuşdakı Rusiya hərbçilərinə dair şənbə günü verdiyi bəyanata hələ ki rəsmi şərh verilməyib. İki ölkə arşındakı sazişə əsasən Rusiyanın Gümrüdəki bazası orada 2044-cü ilədək qalmalıdır. Вернуться назад |