Главная > Siyasət > Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi20-04-2024, 09:18. Разместил: admin |
İranın Ermənistandakı səfiri Mehdi Sobhani bildirib ki, erməni həmkarları ona Tavuş bölgəsində sərhədin delimitasiyası məsələsi ilə bağlı Azərbaycan nümayəndələri ilə görüş keçirdikləri barədə məlumat veriblər. "Jurnalistlər Sobhanidən soruşublar ki, Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası Ermənistandan Gürcüstana gedən dövlətlərarası avtomobil yoluna da (Voskepar kəndi yaxınlığındakı hissə, İran yükləri də bu yolla daşınır - red.) təsir edə bilərmi? “Ermənistanın hakimiyyət orqanları görüşün məzmunu barədə bizə məlumat verdilər ki, razılaşma Alma-Ata bəyannaməsinə uyğun olaraq həyata keçirilir. Mənə verilən məlumata görə, həmin bölmə, magistralın keçdiyi ərazi müqaviləyə daxil deyil”, - diplomat brifinqdə bildirib.(publika.az) Вернуться назад |