Главная > Siyasət > Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE18-04-2024, 13:01. Разместил: admin |
![]() Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Anar Axundov iqtisadiyyat nazirinə yeni müavin təyin olunub. Anar Axundovun dosyesini təqdim edirik: Anar Axundov 1975-ci ildə anadan olub. 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetini iqtisadçı ixtisasi üzrə bitirib. Əmək fəaliyyətinə Bakı Banklararası Valyuta Birjasında başlayıb, həmçinin bir sıra kommersiya banklarında çalışıb. 1999-2004-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində baş mütəxəssis, şöbə rəisi və departament rəisi vəzifələrində işləyib. 2004-2006-cı illərdə Bakı Fond Birjasının Fond bazarının inkişafı departamentinin rəisi və İdarə Heyətinin sədri, 2006-2009-cu illərdə Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru olub. 2009-2014-cü illərdə “Bank Standart” QSC-nin İdarə Heyəti sədrinin müavini vəzifəsində işləyib. 2014-2022-ci illərdə Azərbaycan Respublikasının Təhsil Nazirliyində idarə rəisi vəzifəsində çalışıb. 2022-ci ildə dövlət başçısının Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının üzvü təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 16 aprel tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini təyin olunub. Ailəlidir, 2 övladı var. Вернуться назад |