Главная > Siyasət > Paşinyan üçün YOL XƏRİTƏSİ... - AKTUAL
Paşinyan üçün YOL XƏRİTƏSİ... - AKTUAL25-03-2024, 16:00. Разместил: admin |
Ermənistanın baş naziri Nikol Paşinyan Gümrü şəhərində lideri olduğu “Vətəndaş müqaviləsi” partiyasının fəallarıyla görüşdə deyib ki, hazırki şəraitdə sülhdən daha çox danışmaq lazımdır: “Biz elə etməliyik ki, Ermənistan ətrafındakı vəziyyət bir daha müharibəyə rəvac verməsin. Bu çox çətindir, dözümlü olmalıyıq”. Paşinyan onun və partiyasının tarixi missiya yerinə yetirdiyini bildirərək, partiya üzvlərini yaradıcı ideyalar irəli sürməkdən çəkinməməyə çağırıb. Paşinyanın hədəfi Ermənistanın bir daha heç bir müharibədə iştirak etməməsinin təminatıdırsa, iki qonşusu – Azərbaycan və Türkiyə ilə bütün məsələlərin həllini sürətləndirməlidir. Paşinyan partiyadaşlarıyla birgə, özünün də vurğuladığı kimi, tarixi missiyanı yerinə yetirmək istəyirsə və buna hazırdırsa, 1) vaxt itirmədən 4 kəndi Azərbaycana qaytarmalı; 2) Azərbaycanla çərçivə sazişini imzamalı; 3) Zəngəzur dəhlizinin işə düşməsini təmin etməlidir. Paşinyan bu yolu seçərsə, həm tarixi missiyanı yerinə yetirmiş olacaq, həm də sülh şəraitində Ermənistanın Azərbaycan və Türkiyə ilə əməkdaşlıq fonunda regional layihələrdə iştirakını təmin edəcək. Elxan Şahinoğlu Вернуться назад |