Главная > Siyasət > Paşinyan kəndləri boşaltmaq üçün nə qədər vaxt istəyib? - Son gəlişmə
Paşinyan kəndləri boşaltmaq üçün nə qədər vaxt istəyib? - Son gəlişmə25-03-2024, 09:18. Разместил: admin |
Ermənistan bütün məsələləri həll etməlidir. Azərbaycanın işğal altında olan (Qazaxın 7-i, Naxçıvanın Kərki kəndi) kəndlərini uzun müddət bu müstəvidə saxlamaq erməni tərəfinə sərf edən məsələ deyil. Əvvəl-axır problem həll olunmalıdır. Bunu necə həll etmək isə Ermənistan cəmiyyəti ilə dialoqdan asılıdır. Bunu Teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib. O qeyd edib ki, erməni cəmiyyətində əlində saxladığı Azərbaycan torpaqlarını təhvil vermək heç də adi məsələ kimi qarşılanmır: “Reallığı tədricən çatdırmaqla bunu etmək lazımdır. Hazırda Ermənistan hakimiyyəti bunu etməyə çalışır. Nikol Paşinyan bu istiqamətdə addım atmaqda olan niyyətini göstərir”. Partiya sədri hesab edir ki, Paşinyan həm də çətinliyini Azərbaycan tərəfinə çatdırmaq istəyir: “Göstərmək istəyir ki, nə kimi çətinliklərlə qarşı-qarşıyadır. Hər halda Azərbaycan tərəfi Paşinyana bu istiqamətdə manevrlər etmək üçün imkan verə bilər”. Fazil Mustafaya görə, bir cəmiyyətdə hansısa kəndin verilməsinin müəyyən təxribat xarakterli nəticələrini hər hala nəzərə alınması vacibdir: “Paşinyan öz hakimiyyətini qorumaq üçün bunu nəzərə almaması da mümkün deyil. Bu baxımdan presesin kəndlərin Azərbaycana təhvil verilməsinə doğru getdiyini sezmək mümkündür”. Вернуться назад |