Главная > Siyasət > Qərb İrəvanda buna imkan verməyəcək - Ekspert danışır...
Qərb İrəvanda buna imkan verməyəcək - Ekspert danışır...19-03-2024, 14:22. Разместил: admin |
Avropa Birliyi Ermənistanın quruma namizəd kimi qəbul edilməsini daim diqqətdə saxlayır. Son vaxtlar isə bu diqqət daha da konkretləşib. Bu sözləri Axar.az-a politoloq Qabil Hüseynli Ermənistanın Avropa Birliyinə mümkün üzvlüyünə region ölkələrinin münasibəti haqqında danışarkən deyib. Onun sözlərinə görə, region ölkələri İran və Rusiya Avropa və Ermənistan yaxınlığından narahatdır, lakin onların prosesə əngəl olmaq imkanları yoxdur: “Bu məsələdən ən çox Rusiya narahat ola və prosesə mane olmağa çalışa bilər. Hazırda Rusiyanın Ukraynada kifayət qədər ciddi problemi var və yaxın müddətdə bu bataqlıqdan çıxacağına güman azdır. Ona görə İrəvana hər hansı təzyiq siyasi mesajlardan o tərəfə keçməyəcək. İranın isə belə məsələlərə müdaxilə etməsinə heç kim imkan veməz. Hesab edirəm ki, Ermənistan bu ilin sonuna qədər AB üzvlüyünə namizəd statusu ala bilər”. Politiloqun fikrincə, Ermənistanda Ukrayna və Gürcüstan nümunəsi olmayacaq: “Düşünmürəm ki, Rusiya Ermənistan üçün Ukrayna və Gürcüstan qədər təhlükə yarada bilər”. O, Rusiyanın Paşinyanı hakimiyyətdən devirərək, proseslərə əngəl ola biləcəyi ilə bağlı yayılan şayiələrə də münasibət bildirib: “Bu məlumatların yayılmasında Erməni Apastol Kilsəsi xüsusi rol oynayır. Onlar Qarabağ klanı və beşinci kolonun nümayəndələri ilə birləşərək, erməni ictimai rəyini Paşinyanın əleyhinə çevirməyə çalışırlar. Buna nail olmayacaqlar, çünki Qərb institutları Ermənistanda aktiv şəkildə işləyir və İrəvan Avropaya inteqrasiyasını davam etdirəcək”. Вернуться назад |