Главная > Siyasət > Milli adət-ənənələrin ayrılmaz parçası
Milli adət-ənənələrin ayrılmaz parçası18-03-2024, 01:09. Разместил: admin |
Azərbaycan xalqının incəsənət tarixi çox qədim dövrlərə söykənib. Bu tarix boyu incəsənət müəyyən restefrasiyalardan keçib. Hər bayramın özünü xatırladan ənənəsi var. Hansi ki həmin ənənənin adı çəkiləndə bizim yadımıza o bayramla bağlı təəssürat yaranır. Novruz bayramı da ta Avestanin odu təcəssüm etməsindən bəri odu təmsil etmişdir. Bu bayram daha çox yaddaşlarda küslü munasibətlərin qırılıb yerini mehribançılıqa verməsi kimi qalır. Həmcinin bu bayramda müəyyən şirniyyat növləri olan şəkərbura, paxlava, qoğal qonşu xanımlar tərəfindən bir yerdə köməkləşərək, isti münasibət kölgəsində hazırlanır. Və bayramın uşaqdan böyüyə maraqla gözlənilən anı olan tonqal mərasimidir. Əsasən kənd yerlərində məhlə uşaqlarının gün ərzində odunlardan tonqal qurduğu, o həyəcanan gecə tonqalın ətrafına yığılıb söhbət etdikləri göz oxşayan mənzərədir. Bayram gününə hazırlıq aşamasında bəzənən yumurtalar, hazırlanan xonçalar, təmizlənən evlər hamsi bayramın gəlişindən xəbər verir. Bu sadalanan hər bir ənənə bizim milli adət-ənənələrin ayrılmaz hissələridir. Bizə bunlar nəsillərdən ərmagan edilib. Və bizim də borcumuz bu adət-ənənələri dəyişdirmədən, eyni formada gələcək nəsillərə ötürməkdir. Çünki bir dövlətin adət-ənənəsi nə qədər güclü olarsa onu məhv etmək bir o qədər imkansız olar .... Nərmin Xanbutayeva, Nəsimi Rayon Gənci Вернуться назад |