Главная > Siyasət > Novruz özündə milli folklorun bütün çalarlarını ehtiva edir

Novruz özündə milli folklorun bütün çalarlarını ehtiva edir


18-03-2024, 01:08. Разместил: admin
Prezident İlham Əliyev: Azərbaycan xalqına Novruz təbriklərimi doğma  Qarabağ diyarından deməyim böyük xoşbəxtlikdir - AZƏRTAC

          
Novruz ölkəmizin milli bayramlarından biridir. Bu bayramın özünəməxsus xüsusiyyətləri vardır. Hər bir Azərbaycanlı bu bayramı böyük qürur və sevinclə qeyd edir.Novruzu bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Novruz ən əziz bayramımızdır. Bu bayram sanki hər bir kəsin simasına təbəəssüm gətirir. Novruz bayramını qeyd etmək bir Azərbaycan vətəndaşı,gənci olaraq hər birimizin borcudur, gələcək nəsillərə adət-ənənələrimizi ötürməliyik. Bayram günü, bayramdan əvvəl əməl edilməli bəzi adətlər mövcuddur. Bayramdan əvvəl 4 çərşənbə olur. Su, od, yel, torpaq. Hər çərşənbənin öz xüsusiyyətləri və səbəbləri var. Su çərşənbəsi adətən havaların yavaş-yavaş isinməyə başladığını və s. bildirir. Od çərşənbəsindən etibarən günəş torpağı daha da qızdırmağa başlayır. Yel çərşənbəsindən etibarən bəzi ağaclarda tozlanma başlayır.Torpaq çərşənbəsi isə ilaxır çərşənbədir. Papaq atmaq, qulaq falı, üzük falı, tonqaldan tullanmaq, səməni əkmək, yumurta döyüşdürmək kimi adətlər vardır. Novruz bayramı özündə Azərbaycan xalqının tarixini, onun zəngin folklorunu və fəlsəfəsini özündə ehtiva edir. Bayram günü bütün evlərdə milli yeməklər bişirilir, süfrəyə müxtəlif rəmzi mənaları olan əşyalar qoyulur. Adətə görə süfrədə S hərifi ilə başlayan 7 məhsul olmalıdır: səbzi, sumaq, sirkə, səməni, süd, su və sünbül süfrədə olması vacibdir. Bayramda bayrama özəl şirniyyatlar bişirilir. Şəkərbura, paxlava, qoğal və s. bişirilir. Həmçinin, səməni əkilməlidir. Qoğal-günəşi, paxlava-yer kürəsinin 4 istiqamətini, şəkərbura-ayı, rənglənmiş yumurta-həyatı simvolizə edir. Bu bayramda hər kəs bir-birinə qonaq gedib bayramını təbrik edir. İnsanlar bir-birlərinə grdərkən ilk papaq atırlar. Bayramın unudulmaz başqa bir atributları isə, kosa, keçəl və bahar qızıdır. Bayram ərzində insanlar yeni libaslar geyirlər. Bayramda ən çox əylənən uşaqlar olur, onları daha çox kosa, keçəl əyləndirir. Bu bayramın bir özəlliyidə ondan ibarətdir ki, kimliyindən asılı olmayaraq hər kəs bu bayramı qürurla qeyd edir. Novruz bayramı bizim bir güzgümüzdür, adət-ənənələrimizi nümayiş etdirib, tanıdır. Bir Azərbaycan vətəndaşı, gənci, tələbəsi olaraq hər birimiz milli adət-ənənələrimizi,bayramlarımızı gələcək nəsillərə düzgün şəkildə ötürməliyik. Novruz bayramı vətənimin ən gözəl ənənəsidir! Bayramınız mübarək!
Nazənin Dadaşova
Nəsimi Rayon könüllüsü
Вернуться назад