Главная > Siyasət > Makron-Paşinyan “dostluğu”: avantüristləri acı aqibət gözləyir - ŞƏRH

Makron-Paşinyan “dostluğu”: avantüristləri acı aqibət gözləyir - ŞƏRH


6-03-2024, 10:00. Разместил: admin
Makron-Paşinyan “dostluğu”: avantüristləri acı aqibət gözləyir - ŞƏRH


Ermənistan dost və müttəfiq seçimində hər zaman yanılıb. Son illər baş verənlər də bunun təsdiqidir. Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxlayan təcavüzkar ölkə ümid edirdi ki, bu siyasətini sonsuzluğa qədər davam etdirə biləcək. Amma İrəvanın planları 44 günlük müharibə ilə alt-üst oldu. Əsas himayədarı ondan üz döndərdi və nəticədə biabırçı məğlubiyyətlə üzləşdi. Lakin baş nazir Nikol Paşinyan və hökuməti baş verənlərdən nəticə çıxarmaq əvəzinə, yenə də revanşizm siyasətini davam etdirməkdədir. İrəvan hesab edir ki, min kilometrlərlə uzaqda yerləşən himayədarlarının köməyi ilə vəziyyəti dəyişə bilər. Söhbət Fransa başda olmaqla bir sıra ölkələrin riyakar və qərəzli anti-Azərbaycan siyasətindən gedir.

Maraqlıdır ki, ermənilər arasında bu “dəstəyin” əsl mahiyyətini anlamağa çalışan şəxslər də tapılır. Məsələn, Ermənistanda fəaliyyət göstərən “Demokratik alternativ” Partiyasının sədri Suren Surenyantsın “X” hesabında yazdıqları rəsmi Parisin çirkin və riyakar siyasətinin əsl mahiyyətini ortaya qoyub. O söyləyib ki, Nikol Paşinyan və Fransa prezidenti Emmanuel Makronun yaxınlaşmasının kökündə erməni-fransız dostluğu deyil, iki liderin avantürası dayanır: “Ermənistan-Fransa “dostluğu” sadəcə maraqlar üzərində qurulub, müvəqqəti haldır. Nikol Paşinyanın Parisə səfərinin dəfnlər və təkrar basdırılmalardan ibarət olması da təsadüfi deyil”.

E.Makronun Avropa İttifaqı ölkələrinin hərbi heyətinin Ukraynaya göndərilməsini şərh edən partiya sədri bildirib ki, xoşbəxtlikdən bu avantürist ideya Qərbdə ciddi müqavimətlə üzləşib. NATO bu ideyaya qarşı çıxıb, Almaniya rəhbərliyi isə Fransa prezidentinin fikirlərini sərt tənqid edib.

Partiya sədrinin bu qalmaqallı açıqlaması nədən xəbər verir? Artıq erməni cəmiyyətində növbəti dəfə onlardan istifadə olunduğu qənaəti güclənir, anlamağa başlayırlar ki, bunların arxasında heç də ermənilərin halına yanmaq duyğusu durmur. Bəllidir ki, Rusiya tarixən ermənilərə dəstək verib, dövlətlərinin qurulmasında əvəzsiz rol oynayıb. Bu dəstəyin miqyası əvəzolunmazdır. SSRİ-nin dağılması ilə münasibətlər daha da güclənib, Kreml 90-cı illərin əvvəlində Qarabağ və ətraf ərazilərin işğal olunmasında İrəvana hərbi və siyasi dəstəyini göstərib. Siyasi və iqtisadi asılılıq o həddə çatıb ki, Rusiya Ermənistanı hətta Cənubi Qafqazda forpostu adlandırıb. Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra anti-Rusiya əhvali-ruhiyyəni gücləndirməsi ilə münasibətlərdə soyuqluq 44 günlük Qarabağ müharibəsində Kremlin bitərəf qalmasına gətirib çıxardı. Ermənistan ümid edir ki, ağasını dəyişməklə, mövcud vəziyyəti dəyişəcək. Son vaxtlar anti-Rusiya əhvali-ruhiyyənin artması da bundan qaynaqlanır. E.Makron hakimiyyəti N.Paşinyanın dəstəyi ilə Rusiyanı bölgədən sıxışdırıb çıxarmağa çalışır. Hədəf hələ ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaqdır. Növbəti hədəf isə Rusiyanın 102-ci hərbi bazasının Ermənistandan çıxarılmasıdır.

Yeri gəlmişkən, bu iddianı elə erməni mediası qaldırır. “Qolos Armenii” yazır ki, E.Makron Rusiya hərbi bazasını fransız legionu ilə əvəzləməyə çalışır. Səbəb kimi də, Fransa rəhbərinin Avropa İttifaqı ölkələrinin Ukraynaya göndərilməsinin mümkünlüyü barədə avantürist açıqlaması göstərilir. E.Makron da Rusiyaya qarşı təkbaşına hərəkət etmir, əsas dəstəyi Vaşinqtondan alır. Rusiyalı analitiklər hesab edir ki, Moskva Parisə Afrikada cavab verə bilər. Qitədən artıq Fransa biabırcasına qovulur, əvəzində Rusiya orada güclənir. Cənubi Qafqazda Fransanın addımlarını zəiflətmək üçün Kreml digər bir istiqamətdə də Şimali Kipr və Türkiyə ilə münasibətləri gücləndirməyə çalışır. Hətta Moskva Şimali Kiprlə münasibətləri genişləndirmək, Lefkoşada nümayəndəlik açacağını da deyib.


Fransanın, daha dəqiq ifadə etsək, E.Makronun canfəşanlığı, saxta erməni sevgisi də elə belə deyil. Əvvəla, Fransa rəhbəri üçün ölkə daxilində və xaricində itirdiyi nüfuzunu bərpa etmək həyati əhəmiyyət kəsb edir. Daimi uğursuzluqlar onu addım-addım izləyir. Rusiya siyasi dairələrində hesab edirlər ki, E.Makron bunda Kremli günahkar bilir, əsas düşməni və xarici siyasətdə uğursuzluqlarının baiskarı hesab edir. Parisin İrəvanı öz nüfuz dairəsinə cəlb etmək cəhdi də bundan qaynaqlanır. Ukraynaya Aİ hərbi kontingentinin göndərilməsi barədə bəyanatı da bunun tərkib hissəsidir.

İkincisi, E.Makronun imicinə ciddi təsir edən insidentlərdən biri əvvəl Azərbaycanda, sonra isə Türkiyədə faş edilən casus şəbəkəsinin ifşasıdır.

Üçüncüsü, digər mühüm bir məsələlərdən biri məhz E.Makronun idarəçiliyi dövründə Fransanın neokolonializm siyasətinə qarşı beynəlxalq hərəkat atıb. Neokolonializmə qarşı Bakı Təşəbbüs Qrupu buna əyani misaldır. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev andiçmə mərasimində neokolonializm məsələsinə də toxunub. Dövlət başçısı bildirib ki, neokolonializmi və o eybəcər tarixdən qalan amili Yer üzündən tamamilə silmək üçün Azərbaycan öz dəstəyini göstərir və bundan sonra da göstərəcək. Prezident vurğulayıb ki, Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılması” mövzusunda keçirilən konfransının yekunlarına əsasən Bakı Təşəbbüs Qrupunun yaradılması bu məsələdə mühüm əhəmiyyət kəsb edir. Parisin çirkin müstəmləkə, pozuculuq siyasətinə, cəzasız qalan cinayətinə qarşı nəhayət ki, ciddi reaksiya verilir, beynəlxalq müstəvidə yeni və kəsərli mübarizə başlayır.

Beləliklə, ermənilər anlamağa başlayır ki, E.Makronun ermənilərə dəstəyinin arxasında əslində şəxsi maraqlar dayanır. Artıq daha çox erməni də bunu dərk etməyə başlayıb.(Report.az)


Вернуться назад