Главная > Siyasət > Bayden: Yardım olmasa, Ukrayna üçün nəticələr pis olacaq

Bayden: Yardım olmasa, Ukrayna üçün nəticələr pis olacaq


28-02-2024, 09:43. Разместил: admin
Bayden: Yardım olmasa, Ukrayna üçün nəticələr pis olacaq


Amerikanın yardımı olmasa, Ukrayna üçün nəticələr pis olacaq.

Bunu ABŞ prezidenti Co Bayden Konqres liderləri ilə görüşündə deyib.
O bildirib ki, Ukraynaya yardım məsələsi aktualdır.
 
"Hərəkətsizlik pis nəticələr səbə olacaq. Biz maliyyə probleminin həlli yollarını tapmalıyıq", - deyə Bayden bildirib.
 
ABŞ lideri Nümayəndələr Palatasının spikeri Mayk Consonu, Demokratlar Partiyasının lideri Hakim Cefrisi, Senatın Demokratlar Partiyasının lideri Çak Şumeri və Respublikaçıların lideri Miç Makkoneli məsələni müzakirə etməyə dəvət edib.
 
Konqres, Nümayəndələr Palatasında respublikaçı çoxluğun mövqeyinə görə administrasiyanın Kiyev üçün yeni vəsait tələbini hələ də dəstəkləməyib.
 
Ayrılan vəsaitlər ötən ilin dekabrında başa çatıb.


Вернуться назад