Главная > Siyasət / Video > "Haber Global”: Bakı Təşəbbüs Qrupu Fransa müstəmləkəsi altında yaşayanlara dəstək verir

"Haber Global”: Bakı Təşəbbüs Qrupu Fransa müstəmləkəsi altında yaşayanlara dəstək verir


24-02-2024, 09:00. Разместил: admin
"Haber Global”: Bakı Təşəbbüs Qrupu Fransa müstəmləkəsi altında yaşayanlara dəstək verir


Sabah Türkiyənin İstanbul şəhərində Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçiriləcək “Dekolonizasiya: İntibahın oyanışı” mövzusunda beynəlxalq konfransda əlaqədar Fransa müstəmləkəsi altında yaşayan xalqlar dünyaya müraciət edəcəklər.

Türkiyənin “Haber Global” telekanalının “Dekolonizasiya: İntibahın oyanışı” mövzusunda keçiriləcək beynəlxalq konfransla əlaqədar hazırladığı süjetdə yer alıb.

Qeyd edilir ki, beynəlxalq tədbirdə dünyanın 13 ölkəsi və 4 beynəlxalq təşkilatdan 50-yə yaxın nümayəndəsi iştirak edəcək. Bakı Təşəbbüs Qrupu İstanbulda mühüm konfransa imza atacaq.

Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov bildirib ki, konfransın məqsədi Fransa müstəmləkəçilik siyasətindən zərər çəkən bütün regionların nümayəndələrinin iştirakı və onların regionlarda baş verən hadisələri, cari vəziyyəti, reallıqları dünya ictimaiyyətinə düzgün çatdırmaqdır: “Bakı Təşəbbüs Qrupu yarandığı ilk 4 ayda 5 beynəlxalq konfrans keçirdi. Konfransların məqsədi Fransanın regionlardakı siyasətinin dünya ictimaiyyətinə çatdırılması idi”.

Telekanal qeyd edib ki, konfransın iştirakçıları Fransa müstəmləkəçiliyindən əziyyət çəkən ölkələrin nümayəndələridir. İştirakçılar arasında Yeni Kaledoniya, Fransa Polineziyası, Fransa Qvineyası və digər ölkələrdən təmsilçilər var. Telekanala müsahibə verən iştirakçılar ölkələrinin 200 ildir Fransanın müstəmləkəsi altında yaşadığını, bu istiqamətdə mübarizənin hələ nəticə vermədiyini bildiriblər.

Onlar vurğulayıblar ki, Bakı Təşəbbüs Qrupu səslərinin dünya ictimaiyyətinə çatdırılması baxımından çox önəmlidir.

Konfrans iştirakçıları bununla belə, bir gün müstəqillik əldə edəcəklərinə əminliklərini ifadə ediblər.

Süjetdə qeyd edilir ki, “Bakı Təşəbbüs Qrupu müstəmləkə siyasəti altında yaşayanların müstəqillik mübarizəsinə hər zaman dəstək verir. Qrup müstəmləkəşiliyə qarşı mübarizə mövzusunda 6 konfrans keçirib.

Qeyd edək ki, Karib adaları, Cənubi Amerika, Sakit okean və Hind okeanındakı Fransanın müstəmləkələri olan dənizaşırı bölgələri - Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinika və Qvadelupanın müstəqillik və millətçi hərəkatlarının nümayəndələri, digər bütün maraqlı tərəflər rəsmi Parisin müstəmləkəçilik siyasətinin müvafiq ölkələrdə fəsadlarına dair faktlarla İstanbuldan bütün dünyaya səslənəcək.

Xatırladaq ki, Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupu iyulun 6-da Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Ofisinin Nazirlər Toplantısı çərçivəsində yaradılıb.

Bakı Təşəbbüs Qrupu Qoşulmama Hərəkatının müstəmləkəçilik və yeni-müstəmləkəçilik təcrübələrinə qarşı mübarizədə prinsipial mövqeyinin əsaslılığını və aktuallığını təsdiqləyib, Fransanın xaricdəki müstəmləkələrində ədalət və azadlıq uğrunda apardıqları mübarizədə öz həmrəylik şəbəkələrini strukturlaşdırmaq barədə razılığa gəliblər.


Вернуться назад