Главная > Siyasət > Paşinyana Qarabağ haqda göndərilmiş “ölümcül sənəd” - Ermənistan KİV

Paşinyana Qarabağ haqda göndərilmiş “ölümcül sənəd” - Ermənistan KİV


23-02-2024, 15:30. Разместил: admin


Qarabağda ləğv edilmiş qondarma rejimin “başçısı” Samvel Şahramanyan 2023-cü ilin son iş günlərində Ermənistan Baş naziri Nikol Paşinyana separatçı rejimin buraxılması haqqında sənədin ləğvi barədə “qərar”ı göndərib.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Joxovurd” qəzeti çıxış edib.

Nəşr yazır ki, Paşinyan üçün “ölümcül” olan bu “sənəd” onu və komanda yoldaşlarını məyus edib.

“Onlar hesab edirdilər ki, Qarabağı Azərbaycan ərazisi kimi tanımaqla Ermənistan Respublikasının 29,8 min kvadrat kilometr ərazisini xilas edəcəklər, lakin buna müvəffəq ola bilmədilər”, – məlumatda qeyd edilib.

Qəzet Azərbaycanın 8 kənd məsələsində qərarlı olduğunu vurğulayıb.


Вернуться назад