Главная > Siyasət > "Paşinyan Rusiyanın siyasətini icra edir - Görünən anti-Rusiya münasibəti isə tamaşadır..."
"Paşinyan Rusiyanın siyasətini icra edir - Görünən anti-Rusiya münasibəti isə tamaşadır..."21-02-2024, 15:30. Разместил: admin |
"Paşinyan özünün anti-Rusiya mövqeyi ilə dövlətin immunitetini azaldır ki, Rusiyanın Ermənistan Respublikasına girişi rahat keçsin". Moderator.az xəbər verir ki, tert.am-ın məlumatına görə, bu gözlənilməz fikri “Genesis Armeniya” analitik mərkəzinin rəhbəri Abraham Qasparyan “Arkadi Qriqoryanla diqqət mərkəzində” verilişində söyləyib. “Paşinyan Rusiyanın siyasətini həyata keçirir. Onun aşkar anti-Rusiya münasibəti isə tamaşadır. Paşinyanı bütün dövlətlər, istər Qərb, istərsə də Rusiya hakimiyyətdə saxlayır - o, hamıya faydalıdır. Problem bundadır: Ermənistanın suverenliyinin müqaviməti 0-a endirilməlidir ki, növbəti hökumət dövründə o, 0,1-dək artarsa, hakimiyyət uzunömürlülük imkanı əldə etsin. Bu isə yalnız Rusiyanın Ermənistanda mövcudluğu hesabına olmalıdır”, - deyə Qasparyan vurğulayıb. P.S. Heç bunu deyənin özünün də kimə işlədiyi bilinmir... Вернуться назад |