Главная > Siyasət / Gündəm > Prezident hökumətin tərkibini təsdiqlədi - SİYAHI
Prezident hökumətin tərkibini təsdiqlədi - SİYAHI16-02-2024, 15:49. Разместил: admin |
Nazirlər Kabinetinin yeni tərkibi təsdiqlənib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamla Nazirlər Kabinetinin üzvləri aşağıdakı şəxslər təyin ediliblər: 1.1. Azərbaycan Respublikası Baş nazirinin birinci müavini – Yaqub Abdulla oğlu Eyyubov; 1.2. Azərbaycan Respublikası Baş nazirinin müavini – Əli Cavad oğlu Əhmədov; 1.3. Azərbaycan Respublikası Baş nazirinin müavini – Şahin Abdulla oğlu Mustafayev; 1.4. Azərbaycan Respublikasının daxili işlər naziri – Vilayət Süleyman oğlu Eyvazov; 1.5. Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri – Muxtar Bahadur oğlu Babayev; 1.6. Azərbaycan Respublikasının elm və təhsil naziri – Emin Eldar oğlu Əmrullayev; 1.7. Azərbaycan Respublikasının energetika naziri – Pərviz Oqtay oğlu Şahbazov; 1.8. Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri – Sahil Rafiq oğlu Babayev; 1.9. Azərbaycan Respublikasının fövqəladə hallar naziri – Kəmaləddin Fəttah oğlu Heydərov; 1.10. Azərbaycan Respublikasının gənclər və idman naziri – Fərid Fazil oğlu Qayıbov; 1.11. Azərbaycan Respublikasının xarici işlər naziri – Ceyhun Əziz oğlu Bayramov; 1.12. Azərbaycan Respublikasının iqtisadiyyat naziri – Mikayıl Çingiz oğlu Cabbarov; 1.13. Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri – Məcnun Qadir oğlu Məmmədov; 1.14. Azərbaycan Respublikasının maliyyə naziri – Samir Rauf oğlu Şərifov; 1.15. Azərbaycan Respublikasının mədəniyyət naziri – Adil Qabil oğlu Kərimli; 1.16. Azərbaycan Respublikasının müdafiə naziri – Zakir Əsgər oğlu Həsənov; 1.17. Azərbaycan Respublikasının müdafiə sənayesi naziri – Vüqar Valeh oğlu Mustafayev; 1.18. Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri – Rəşad Nəbi oğlu Nəbiyev; 1.19. Azərbaycan Respublikasının səhiyyə naziri – Teymur Yusif oğlu Musayev; 1.20. Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri – Bahar Əvəz qızı Muradova; 1.21. Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri – Fuad Rauf oğlu Muradov; 1.22. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri – Şahin Soltan oğlu Bağırov; 1.23. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi – Elçin İsağa oğlu Quliyev; 1.24. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri – Tahir Yaqub oğlu Budaqov; 1.25. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri – Anar Adil oğlu Quliyev; 1.26. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri – Rövşən Şükür oğlu Rzayev; 1.27. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi – Vüsal Əfqan oğlu Hüseynov; 1.28. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi – Əli Nağı oğlu Nağıyev; 1.29. Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi – Orxan Sedyar oğlu Sultanov; 1.30. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi – Mürsəl Qorxmaz oğlu İbrahimov; 1.31. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri – Zaur Rauf oğlu Mikayılov; 1.32. Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri – Fuad Hümbət oğlu Nağıyev; 1.33. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri – Qoşqar İlahi oğlu Təhməzli; 1.34. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi – Əsgər Adil oğlu Rəsulov. 2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir. Вернуться назад |