Главная > Siyasət > Nikolun Putinlə bağlı bu sözləri təlxəklikdir - Ekspert danışır...

Nikolun Putinlə bağlı bu sözləri təlxəklikdir - Ekspert danışır...


13-02-2024, 16:00. Разместил: admin


Heç bir dövlətçiliyi və suverenliyi olmayan Ermənistan dövlətinin baş nazirinin belə bir bəyanat verməsi və ölkəsində kiminsə həbsi qərarını vermək səlahiyyətinin olmadığını açıqlaması siyasi təlxəklikdən, ikiüzlülükdən başqa bir şey deyil.

Bu sözləri Axar.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Ermənistan Baş naziri Nikol Paşinyanın “Teleqraf” nəşrinə açıqlamasında Rusiya lideri Vladimir Putinin İrəvana gələrkən həbs olunmayacağına zəmanət verə bilmədiyi haqda açıqlamasını şərh edərkən deyib.

Politoloq Paşinyanın bununla öz sahiblərinə mesaj verdiyini vurğulayıb:

“Dünyada hər kəs hansısa bir ölkədə başqa dövlətin başçısının həbsinin arxasında siyasi hakimiyyətin dayandığını bilir. Çünki söhbət hansısa kriminal zəmində törətdiyi əmələ görə axtarışda olan şəxsdən yox, bir dövlətin başçısından gedir. Nikol Paşinyanın belə açıqlama ilə kimə hansı mesajı verdiyi, yarınmaq istədiyi çox aydındır. Halbuki Ermənistanda Putini həbs edəcək cəsarətə sahib hökumət yoxdur”.
Ekspert vurğulayıb ki, Rusiyanın buna cavabı olacaq.

Qeyd edək ki, 2023-cü il martın 17-də Beynəlxalq Cinayət Məhkəməsi Putin və Rusiyanın Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belova barəsində həbs qərarı çıxarıb.

Ermənistan artıq Roma Statutunu ratifikasiya edib və BCM-in öhdəliklərini yerinə yetirməyə məcburdur.


Вернуться назад