Главная > Siyasət > POLKOVNİK: Yaxın saatlarda biz... - CƏBHƏDƏ NƏ BAŞ VERİR?

POLKOVNİK: Yaxın saatlarda biz... - CƏBHƏDƏ NƏ BAŞ VERİR?


21-09-2020, 15:13. Разместил: admin
POLKOVNİK: Yaxın saatlarda biz... - CƏBHƏDƏ NƏ BAŞ VERİR?


“Hesab edirəm ki, Azərbaycanla Ermənistan arasında artıq silahlar danışmalıdır. Çünki düşmən tərəfi bizə başqa yol qoymayıb”.
Bu sözləri redaktor.az-a hərbi ekspert Üzeyir Cəfərov deyib. O, Ermənistanın Azərbaycana müharibədən başqa ikinci bir yol saxlamadığını bildirib:

“Prezidentin də dediyi kimi, əgər danışıqlar prosesi nəticə vermirsə, geriyə sadəcə problemin hərbi yolla həll olunması məsələsi qalır. Zənnimcə, artıq silahlar danışmalıdır. Dünən Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA), kiçik çavuş Elşən Məmmədovun şəhid olması və ümumilikdə cəbhə və dövlət sərhəddində baş verən hadisələr müharibənin artıq vaxtının çatdığını göstərir. Yaxın saatlarda biz son baş verən hadisələrin nəticəsini görəcəyik.

Çünki düşmən son günlər həddindən artıq azğınlaşıb, təxribatları intensivləşib. Bu təxribatların qarşısını almağın tək yolu isə, düşmənə hərbi yolla cavab verməkdir. Düşünürəm ki, o məqam yetişib, biz artıq hərəkətə keçməliyik”.

Ekspert Prezident İlham Əliyevin beynəlxalq qurumlara verdiyi mesajdan bəhs edib:

“Hesab edirəm ki, prezidentin Ermənistanla danışıqların mənasız olduğunu bəyan etməsi, təkcə Azərbaycan auditoriyasına deyil, bütövlükdə beynəlxalq qurumlara bir mesaj idi. Ölkə başçısı bununla artıq işğalçı ilə hər hansı bir danışıqların mənası və prespektivi olmadığını bəyan etdi”, - deyə o bildirib.


Вернуться назад