Главная > Siyasət > Azərbaycanın müstəqillik tarixində ilk dəfə Xankəndidə səsvermə keçirilir
Azərbaycanın müstəqillik tarixində ilk dəfə Xankəndidə səsvermə keçirilir7-02-2024, 11:09. Разместил: admin |
İşğaldan azad olunan Xankəndi şəhərində növbədənkənar prezident seçkisi üzrə səsverməyə start verilib. Səhər saat 08:00-da məntəqə açılıb. Şəhərdə 122 saylı Xankəndi seçki dairəsinin məntəqəsi yaradılıb. 14 saylı məntəqə şəhərin mərkəzi inzibati binasında yerləşir. Müşahidəçilər səsvermə prosesini izləyirlər. Məntəqə bütün ləvazimatlarla təchiz edilib. Burada səsvermə kabinəsi quraşdırılıb, məntəqə üzvləri, müşahidəçilər üçün yerlər ayrılıb. Səsvermə otağına səsvermə qutuları, stol, yazı ləvazimatı və gizli səsvermə üçün lazım olan digər zəruri əşyalar qoyulub. Seçki günü səhhətində problem olduğuna görə məntəqəyə gələ bilməyən seçicilərin səsverməsini təşkil etmək üçün səyyar seçki qutusu ayrılıb. Вернуться назад |