Главная > Siyasət > Nazir iki rəis müavinini sərəncama göndərdi
Nazir iki rəis müavinini sərəncama göndərdi6-02-2024, 09:32. Разместил: admin |
Zərdab Rayon Polis şöbəsinin iki rəis müavini sərəncama göndərilib. Qaynarinfo-nun məlumatına görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə RPŞ-nin xidmət üzrə rəis müavini polis polkovnik-leytenatı Urman Ağayev və əməliyyat işləri üzrə rəis müavini polis polkovnik-leytenantı İkram Əhmədov vəzifəsindən azad edilib. Onların hər ikisi sərəncama götürülüb. Qeyd edək ki, Urman Ağayev 2020-ci ildə, İkram Əhmədov 2021-ci ildə sözügedən vəzifələrə təyin olunub. Вернуться назад |