Главная > Siyasət > Prezident Avstraliya General-Qubernatorunu təbrik edib
Prezident Avstraliya General-Qubernatorunu təbrik edib26-01-2024, 12:05. Разместил: admin |
Prezident İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatoru Devid Con Hörliyə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: "Hörmətli cənab General-Qubernator, Avstraliya İttifaqının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. İnanıram ki, Azərbaycan-Avstraliya münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir. Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Avstraliya xalqına firavanlıq və rifah arzulayıram". Вернуться назад |