Главная > Siyasət > Ermənistan bunun bədəlini mütləq ödəyəcək... - Ekspert danışır...

Ermənistan bunun bədəlini mütləq ödəyəcək... - Ekspert danışır...


23-01-2024, 15:30. Разместил: admin


“İrəvan çox böyük səhvə yol verir və bunun nəticəsi onun üçün facİəvi olacaq”.

Bunu Moderator.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib. Ekspert qeyd edib ki, İrəvanın Fransanın göstərişi ilə oturub-durması Ermənistan üçün ağır nəticələrə səbəb olacaq:

“Bu gün bütün dünya şahiddir ki, Ermənistan hakimiyyəti Makron hökumətinin dediyi ilə oturub-durur. İrəvan öz xarici siyaətini demək olar ki, tamamilə Fransanın öhdəsinə buraxıb. Halbuki, Fransanın özünün xarici siyasəti başdan-başa uğursuzluqlardan ibarətdir. Belə olan halda Ermənistanın öz xarici siyasətini beynəlxalq arenada uğursuz siyasət yürüdən, öz ölkəsini gözdən salan rəsmi Parisə etibar etməsi absurddur.

Əgər İrəvan Parisin asılılığından xilas olmasa, o zaman regionda daha ciddi problemlərlə üzləşəcək”.


Вернуться назад