Главная > Siyasət > Bakıda həbsdə olan Fransa casusunun şok etirafları - VİDEO

Bakıda həbsdə olan Fransa casusunun şok etirafları - VİDEO


11-01-2024, 13:24. Разместил: admin
Bakıda həbsdə olan Fransa casusunun şok etirafları - VİDEO


Görünməz olmaq, danışmamaq, kütləyə qarışmaq - bütün dünyada kəşfiyyatçılara məhz bunu öyrədirlər. Lakin görünür “qəhrəmanımız” dərslərini yaxşı oxumayıb.

Xatırladaq ki, Fransa Respublikasının vətəndaşı Martin Rayan 4 dekabr tarixində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 276-cı maddəsində (casusluq) nəzərdə tutulmuş əməlin törədilməsində şübhəli bilinərək tutulub. Daha sonra, onun barəsində məhkəmə qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İki il əvvəl ARB televiziya kanalına verdiyi müsahibədən Rayanın tərcümeyi-halının bəzi təfərrüatı məlum olub.

Məsələn, o, hərbi və geosiyasi tarix üzrə təhsil alıb, 2015-ci ilə qədər hərbi və qlobal təhlükəsizlik sahəsində çalışıb.

Lakin 2015-ci ildə Rayan qəfil işinin istiqamətini dəyişmək qərarına gəlib və hörmətli bir iş adamına çevrilib. 2019-cu ildə o, Bakıda görünüb və burada “Merkorama” şirkətinin təsisçisi və direktoru olub.

Bu, Azərbaycanın xüsusi xidmət orqanlarının ifşa etdiyi casusun əfsanəsidir. Əslində isə o, Fransanın xeyrinə kəşfiyyat fəaliyyəti ilə məşğul olub. Rayan bir neçə il ölkəmizdə işləyib, müşahidələr aparıb, casusluqda faydalı ola biləcək insanlarla əlaqə qurub. Həmin şəxslər isə Fransa kəşfiyyatının əməliyyatının iştirakçısına çevrildiklərinin fərqinə varmayıblar.

<embed width="640" height="360" src="https://player.olke.az?v=25831&share_user_id=" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></embed>


Вернуться назад