Главная > Siyasət > Əli Əsədov dəmir yolu nəqliyyatı ilə bağlı qərar imzalayıb
Əli Əsədov dəmir yolu nəqliyyatı ilə bağlı qərar imzalayıb27-12-2023, 11:47. Разместил: admin |
Nazirlər Kabineti “Dəmiryol nəqliyyatında istehsalatla əlaqəsi olmayan insanlarla baş vermiş nəqliyyat hadisələrinin və ya digər bədbəxt hadisələrin xidməti araşdırılması və qeydiyyatı (uçotu) Qaydaları”nı təsdiq edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qaydalar dəmiryol nəqliyyatı obyektlərində istehsalatla əlaqəsi olmayan insanların xəsarət alması, o cümlədən ölümü ilə nəticələnən hadisələrin ümumi istifadəli dəmiryol nəqliyyatı infrastrukturunun sahibi və qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən xidməti araşdırılması və qeydiyyatı (uçotu) qaydalarını müəyyən edir. Вернуться назад |