Главная > Siyasət > Prezident gələn il üçün yaşayış minimumunu təsdiqlədi
Prezident gələn il üçün yaşayış minimumunu təsdiqlədi26-12-2023, 13:41. Разместил: admin |
Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. Bununla bağlı President.az məlumat yayıb. Qanuna əsasən, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib. Bu Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir. Вернуться назад |