Главная > Siyasət > Prezident dövlət agentliyinə 800 min manat ayırdı
Prezident dövlət agentliyinə 800 min manat ayırdı19-12-2023, 13:33. Разместил: admin |
Prezident İlham Əliyev Astara rayonunun Düriyyə-Şümrüd avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Bununla bağlı President.az məlumat yayıb. Sərəncama əsasən, min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Düriyyə-Şümrüd avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 800 min manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. Вернуться назад |