Главная > Siyasət > Nikolun “qovşağı” ABŞ-ın layihəsidir: Bakıya qarşı… - GƏLİŞMƏ
Nikolun “qovşağı” ABŞ-ın layihəsidir: Bakıya qarşı… - GƏLİŞMƏ14-12-2023, 16:00. Разместил: admin |
Suren Papikyan Cənubi Kiprə səfəri zamanı həm öz həmkarı, həm də parlament sədri ilə görüşərək əməkdaşlıq istiqamətlərini müzakirə edib. Müzakirələrin əsas məqsədlərindən biri təhlükəsizlik sahəsində Yunanıstanın da daxil olduğu əməkdaşlıq platformasını formalaşdırmaqdır. Bu sözləri Axar.az-a açıqlamasında Türkiyə Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, Şimali Kiprin Girnə Amerikan Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müəllimi Sadiq Akyar deyib. Sadiq Akyar Qərbin Ermənistanı Aralıq dənizinə çıxarmaq və İMEC layihəsi ilə Avropaya çəkiləcək dəhlizə qoşmaq istəyindən danışıb: “Ermənistan və Cənubi Kiprin hərbi gücünü nəzərə alsaq, Papikyanın oraya səfər etməsi ilk baxışda əhəmiyyətsiz hadisə təsiri bağışlayır. Aparılan danışıqlar atılacaq addımların Türkiyə, Şimali Kipr və Azərbaycana qarşı olduğu aydın şəkildə ortadadır. Əsas diqqət çəkən məqam isə Suren Papikyanın öz həmkarı Mixalis Yorqallasa Paşinyanın ortaya atdığı “Sülh kəsişməsi” (“Dünyanın kəsişməsi”) layihəsini təqdim etməsidir. Layihə Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılması prosesi ilə bağlıdır. Əsl problem Zəngəzur dəhlizinə yanaşmadadır. Layihəyə görə, buradan keçən bütün xətlərin nəzarəti Ermənistanda olmalıdır. 10 noyabr tarixli Üçtərəfli bəyanatın 9-cu maddəsində də nəqliyyat üzrə nəzarətin Rusiyanın Sərhəd Xidməti tərəfindən həyata keçiriləcəyi təsbit olunub. Rəsmi İrəvan nəqliyyat əlaqəsinin təmin edilmə xərclərini Ankara və Bakının üzərinə yıxmaq, ancaq yolu öz nəzarətində saxlamaq, gələcək üçün təzyiq vasitəsi əldə etmək istəyir. Ancaq SSRİ dövründə də ordan keçən dəmir yoluna nəzarət Ermənistanda yox, Azərbaycanda idi. Bəs Cənubi Kiprdə Paşinyanın layihəsinin təqdim edilməsində hədəf nədir? Bildiyimiz kimi, ABŞ sentyabr ayında Hindistanda keçirilən G-20 Zirvəsində İMEC layihəsini dünyaya elan etdi. Layihə ilə Hindistan, Səudiyyə Ərəbistanı, İsrail və Yunanıstan üzərindən Avropaya ticarət dəhlizinin açılması planlaşdırılır. Çinin “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Zəngəzur dəhlizi də Orta Dəhlizin mərkəzində yerləşir. Ona görə də burada böyük geosiyasi rəqabət var. Türk Dövlətləri Təşkilatının Qazaxıstanda keçirilən son Zirvə Görüşünün yekun sənədində də Orta Dəhlizlə bağlı işlərin sürətləndirilməsi xüsusi vurğulanıb. Görünən odur ki, Papikyanın “Sülh kəsişməsi” (“Dünyanın kəsişməsi”) təqdim etməsi hansısa direktivlər əsasındadır. Diqqətli olmalıyıq. Hadisələrin gedişatı Paşinyanın layihəsinin əslində ABŞ-ın İMEC layihəsinin bir parçası olduğunu göstərir. Məqsəd Türkiyə və Azərbaycanın milli təhlükəsizlik maraqlarına zidd şəkildə Ermənistanı Aralıq dənizinə çıxarmaq və Avropaya gedən böyük ticarət dəhlizinə birləşdirməkdir”. Вернуться назад |