Главная > Siyasət > 7 kəndin təhvil verilməsi buna görə gecikir: Lars yolu təhlükəsi... - Səbəb açıqlandı

7 kəndin təhvil verilməsi buna görə gecikir: Lars yolu təhlükəsi... - Səbəb açıqlandı


24-11-2023, 10:11. Разместил: admin


Azərbaycan Ermənistanla sülh müstəvisində ikitərəfli platformada görüş təklif edib. Bu görüşün iki ölkənin sərhədində keçirilməsi kimi təşəbbüslər irəli sürülüb. Amma Ermənistan növbəti dəfə bu formatda görüşdən boyun qaçırır.

Bunu Teleqraf.com-a Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə deyib.

O qeyd edib ki, Ermənistanın bu formatda görüşdən yayınması başqa amillərlə bağlıdır:

“Ermənistan sülh danışıqlarını ləngitmək xəttini seçib. Mümkün qədər vaxt udmağa çalışırlar. Çox guman ki, bu Ermənistanın daxili vəziyyəti ilə bağlıdır. Ermənistan hakimiyyəti ilə erməni lobbisi və diasporu arasındakı münasibətlər də burada mühüm rol oyanyır”.

Millət vəkili hesab edir ki, Ermənistandakı ikitirəlik sülh istiqamətində konkret addım atmağa imkan vermir:

“Ona görə də, sülhlə bağlı vaxt qazanmaqla yanaşı, beynəlxalq ictimaiyyətin fikri mümkün qədər yayındırılır. Əslində bununla Ermənistanın indiyə qədər apardığı siyasət davam etdirilir. Bu məqsədlərə xidmət edəcək digər məsələləri gündəmə gətirməklə fikir tamam başqa istiqamətə yönləndirilir”.

Asim Mollazadəyə görə, Azərbaycanın Qazax və Naxçıvanda hələ də Ermənistanın işğalı altında qalan 8 kəndinin boşaldılması məsələsinə də qarşı tərəfin yanaşması tamam fərqlidir:

“Ermənistan həmin istiqamətdə Ermənistanın çıxış imkanı olan Lars yolunun bağlanacağı təhlükəsini ortaya atır. Əslində bu, onların növbəti yalanıdır. Məqsəd beynəlxalq ictimiyyətin fikrini yayındırmaqdır”.

Deputat Qərbdə Azərbaycanın Zəngəzurla bağlı yanaşmalarına tamam başqa müstəvidə olan münasibətə də aydınlıq gətirib:

“Bu məsələ Qərbdə onların erməni yalanlarına inanmaları ilə izah edilir. Qərb də öz növbəsində burada hər bir məsələdə diktə edən tərəf kimi çıxış etmək niyyətindədir. Azərbaycanın müstəqil siyasəti yürütməsi onları sözsüz ki, qıcıqlandırır. Onların istəyi odur ki, Azərbaycan da Ermənistan kimi marionet bir dövlətə çevrilsin. Azərbaycan dövləti isə müstəqil siyasət yürütməklə özünün milli maraqlarını qoruyur”.


Вернуться назад