Главная > Siyasət > Sərhəddə görüş: ermənilərlə danışıqlar nəticə verəcək? - AKTUAL
Sərhəddə görüş: ermənilərlə danışıqlar nəticə verəcək? - AKTUAL24-11-2023, 09:44. Разместил: admin |
Azərbaycan və Ermənistanın sərhədin delimitasiyası üzrə komissiyaları noyabrın 30-da sərhəddə görüşəcək. Bu, Bakının sülh danışıqlarının sərhəddə aparılmasına dair təklifinin tam həyata keçirilməsi olmasa da, həm ikitərəfli formatda fəaliyyətin davam etdirilməsi, həm də son dövrlər sülh danışıqları üzərində üçüncü tərəflərin kəskinləşən maraq mübarizəsindən yayınmaq baxımından müsbətdir. Hərçənd açıq qalan sual var: danışıqlar nəticə verəcəkmi, yaxud “vasitəçilik mübarizəsi”ndə hadisələrin inkişafına necə təsir edəcək? Sərhədin delimitasiyası üzrə komissiyanın yaradılması ötən ilin aprelində Brüssel görüşündə razılaşdırılıb. Görüşün keçirilməsi “razılaşmaların işləməsi” baxımından Qərbin ön plana çıxması görüntüsü yaradır. Lakin tərəflər razılaşma əldə etmək üçün sovet dövrünün xəritələrinə müraciət etməlidir. Bu halda xəritələrin saxlanıldığı Rusiyanın prosesdə ən azı texniki iştirakı qaçılmaz olacaq və Moskva vasitəçiliyini önə çıxarmaq məqsədilə belə imkandan yararlanmağa çalışacaq. Xəritələrə görə Rusiyanın prosesdə iştirakçılığının güclənməsində maraqlı olmayan Qərb isə Ermənistan üzərindən prosesə müdaxilə edəcək. Bu situasiya delimitasiya komissiyasının görüşünün nəticə verəcəyi gözləntisini azaldır. Bunun fonunda tərəflərin delimitasiyanın hansı dövrün xəritələrinə uyğun aparılması, hansı prinsiplərin əsas götürülməsinə dair fikir ayrılığı da qalır. Müəllif: Asif Nərimanlı Вернуться назад |