Главная > Siyasət > Hikmət Hacıyev: "Ermənistan anlamalıdır ki, barışın kökləri Vaşinqtonda yox, regiondadır"

Hikmət Hacıyev: "Ermənistan anlamalıdır ki, barışın kökləri Vaşinqtonda yox, regiondadır"


21-11-2023, 11:05. Разместил: admin
Hikmət Hacıyev: "Ermənistan anlamalıdır ki, barışın kökləri Vaşinqtonda yox, regiondadır"


"Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması təşəbbüsü ilə məhz Azərbaycan çıxış edib".

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf” mövzusunda beynəlxalq konfransı çərçivəsində xarici jurnalistlərə deyib.

Onun sözlərinə görə, Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistan tərəfindən xoş niyyət göstərilərsə, sülh müqaviləsinin imzalanmasında hansısa maneə görmür.

"Ancaq Ermənistan anlamalıdır ki, barışın kökləri Vaşinqtonda yox, regiondadır. Bizim üçün müharibə bitib, yeni status-kvo yaranıb. Bundan əvvəlki status-kvo tam fərqli və qəbuledilməz idi. İndiki status-kvonun əsasını isə beynəlxalq hüquq təşkil edir. Ona görə də sülh müqaviləsinin imzalanmasında hansısa maneə yoxdur. Yaxın gələcəkdə sülhün görünüb-görünməməsi ilə bağlı bir şey demək çətindir. Üçüncü tərəfləri regiona daşımaqdansa, iki tərəf arasındakı danışıqları irəli aparmaq lazımdır. Qapıların qapalı qalması Ermənistanın işğalçı, təcavüzkar siyasətinin nəticəsidir. Ermənistan regionda pozitiv gündəmlə çıxış edəcəyi təqdirdə münasibətlər, təbii ki, normallaşa bilər".


Вернуться назад