Главная > Siyasət > İlham Əliyev: "Bəşəriyyətin müstəmləkə tarixində olan ən qanlı səhifələr Fransaya məxsusdur"
İlham Əliyev: "Bəşəriyyətin müstəmləkə tarixində olan ən qanlı səhifələr Fransaya məxsusdur"21-11-2023, 09:59. Разместил: admin |
"Hazırda Fransa 13-dən çox ərazini müstəmləkə kimi saxlayır və onların daxili işlərinə müdaxilə edir". "Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə noyabrın 21-də Bakıda "Dekolonizasiya: Qadınların Gücləndirilməsi və İnkişafı" mövzusunda keçirilən tədbirin iştirakçılarına ünvanladığı müraciətində yer alıb. "Bəşəriyyətin müstəmləkə tarixində olan ən qanlı səhifələr Fransaya məxsusdur. Fransa uzun illərdir ki, insanların var-dövlətini istismar edir, orada müharibə şəraiti yaradır. Fransa aktiv şəkildə afrikalıların başqa ölkələrə satılması istiqamətində çalışırdı. Mən Fransanın bəşəriyyətə qarşı törətdiyi cinayətlərlə bağlı faktlar göstərmişdim", - müraciətdə vurğulanıb. Вернуться назад |